"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Musiqi Kolleci tələbələrinin konserti olub

Dekabrın 22-də Ərtoğrol Cavid adına Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Naxçıvan Musiqi Kolleci tələbələrinin konserti olub.

Tədbirdən əvvəl aparıcı bildirib ki, Naxçıvan Musiqi Kolleci ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə 1974-cü ildə yaradılıb. 1975-1976-cı tədris ilində 4 ixtisas üzrə fəaliyyətə başlayan kollec 1992-ci ilə qədər Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-ci ildən Naxçıvan Musiqi Texnikumu adlandırılıb. 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci adı ilə fəaliyyətini davam etdirir. Hazır­da kollecdə 10-dan çox ixtisas üzrə kadr hazırlığı aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən, bu təhsil ocağının 30 və 40 illik yubileyləri qeyd olunub.

Bu illər ərzində kollecdə milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrların yetişdirilməsi sahəsində böyük uğurlar əldə edilib. 

Vurğulanıb ki, kollecdə təhsil alan tələbələrdən ibarət musiqi kollektivləri maraqlı konsert proqramları ilə müntəzəm olaraq muxtar respublikada keçirilən tədbirlərdə, el şənliklərində çıxış edir. 

Kollecin tələbələrinin ifasında ilk olaraq Fikrət Əmir­ovun “Min bir gecə” baletindən parçalar səsləndirilib. Tələbələrin təqdim etdikləri Azərbaycan bəstəkarlarından H.Xanməmməd­ovun “Yaşa könül”, N.Rza­yevin “Çahargah rapsodiyası”, S.Ələsgər­ovun “Şaloxo”, A.Gərayın “Bağçakürd” və başqa musiqi əsərləri maraqla qarşılanıb. Konsertdə Avropa və rus bəstəkarlarının əsərləri də ifa olunub, polyak bəstəkarı F.Şopenin, çex bəstəkarı A.Dvorjakın, rus bəstəkarı A.Rubinşteynin fortepiano və skripka üçün yazdığı əsərlərin ifası alqışlarla qarşılanıb.

 

Prev Next

Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey bələdçiləri üçün növbəti…

22-06-2017 Hits:182

Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey bələdçiləri üçün növbəti seminar-treninq keçirilib

Muxtar respublikamızın muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində olub. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə Nazirliyin Mədəni irs...

Ardını oxu...

“Xalq teatrlarının muxtar respublika festivalı – 2017” başa çatıb

21-06-2017 Hits:254

“Xalq teatrlarının muxtar respublika festivalı – 2017” başa çatıb

Festivalın son günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” faciəsi əsasında...

Ardını oxu...

Uşaq Kitabxanasının kollektivi növbəti "Nağıl günü" keçirib

21-06-2017 Hits:246

Uşaq Kitabxanasının kollektivi növbəti "Nağıl günü" keçirib

A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının kollektivi uşaq bağçalarında keçirilən ənənəvi “Nağıl günləri”ni davam etdirirlər. Kitabxana kollektivi 20 iyun 2017-ci il tarixdə Naxçıvan şəhərindəki 15№-li uşaq bağçasında olmuş, uşaqlara...

Ardını oxu...

Gənclərin ekskursiyası təşkil olunub

20-06-2017 Hits:203

Gənclərin ekskursiyası təşkil olunub

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışan fəal gənclərin Batabat Astrofizika Rəsədxanası və Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil olunub. Batabat Astrofizika Rəsədxanasında olan gənclərə...

Ardını oxu...

Kursu bitirənlərə sertifikatlar verilmişdir

20-06-2017 Hits:155

Kursu bitirənlərə sertifikatlar verilmişdir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazir­liyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə kitabxana işçiləri üçün keçirilən 10 günlük kurs başa çatmışdır.  Bu münasibətlə Naxçıvan Musiqi Kollecində keçirilən tədbirdə çıxış...

Ardını oxu...

“Xalq teatrlarının muxtar respublika festivalı – 2017” davam edir

20-06-2017 Hits:178

“Xalq teatrlarının muxtar respublika festivalı – 2017” davam edir

Festival Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilir. Dünən Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı Xalq...

Ardını oxu...

Uşaq Musiqi məktəblərinin hesabat konserti olmuşdur

19-06-2017 Hits:87

İyunun 17-də Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan şəhərindəki 2№-li və 4 №-li uşaq musiqi məktəblərinin birgə hesabat konserti olmuşdur. Tədbirdə çıxış edən Naxçıvan şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Təranə...

Ardını oxu...

Bəhruz Kəngərli Muzeyində tədbir keçirilib

17-06-2017 Hits:168

Bəhruz Kəngərli Muzeyində tədbir keçirilib

Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyinin yaranmasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq qeyd edib ki, günümüzdə muxtar respublikamızda görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi...

Ardını oxu...

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Kəngərli rayonunda konserti olmuşdur

17-06-2017 Hits:209

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Kəngərli rayonunda konserti olmuşdur

İyunun 16-da Kəngərli Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının konserti olmuşdur. Konsertin aparıcısı bildirib ki, ölkəmizdə uşaqların sağlam mühitdə böyümələri üçün hər cür şərait yaradılmışdır. Muxtar respublikamızda da uşaqların...

Ardını oxu...

İstirahət konserti təşkil olunub

16-06-2017 Hits:41

Muxtar respublikanın musiqi kollektivləri tərəfindən əhalinin istirahətinin mənalı təşkili, asudə vaxtın mənalı keçirilməsi məqsədilə konsertlər davam etdirilir. İyunun 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər...

Ardını oxu...
00072818
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
63
294
1119
13063
72818

Tarix: 29-06-2017
Biz, sosial şəbəkələrdə: