"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Şərur Rayon Xalq Teatrının yaradılmasının 35 illiyi qeyd olunub

Dekabrın 22-də Şərur şəhərindəki “Bahar” kinoteatrında Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının yaradılmasının 35 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında mədəniyyət və incəsənətin bütün sahələrinə göstərilən diqqət və qayğı mədəni yüksəlişi təmin edib. Bunun nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən 3 dövlət teatrı, 5 xalq teatrı, 1 dövlət filarmoniyası, 1 dövlət uşaq filarmoniyası, 28 muzey və 1 rəsm qalereyası, 225 klub və mədəniyyət evi, 234 kitabxana,  27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi regionun mədəni həyatında mühüm rol oynayır. 

 Qeyd olunub ki, mədəniyyət və incəsənətimizdən danışarkən sənət tariximizə şərəfli səhifələr yazmış teatrımız daim yada düşür. Azərbaycan teatrının inkişafı, teatrlarımızın yaradıcılıq axtarışlarının genişləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Teatra, sənət adamlarına böyük diqqət və qayğı göstərən ulu öndəri­mizin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq milli teatr sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Görkəmli dövlət ­xadimi teatr sənətinə yüksək qiymət verərək deyirdi: “Teatr Azərbaycanda mədəniyyətin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumiyyətlə, xalqımızın mədəni səviyyəsinin yüksəldilməsində böyük rol oynamışdır”. 

Belə mədəniyyət müəssisələrinə diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. 2006-cı ildə qəbul olunmuş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm dövlət sənədləridir.
Natəvan Qədimova deyib ki, Naxçıvan Muxtar Respublikasında da teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binalarının hamısı yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bu gün regionda fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Teatr o zaman davamlı inkişaf yolunda olur ki, orada gənc aktyorlar nəsli yetişsin. Muxtar respublikada bu sahədə də mühüm addımlar atılıb, Naxçıvan Dövlət Universitetində Aktyorluq sənəti ixtisası açılıb. Muxtar respublikada ömrünü teatra bağlayanların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir, yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər. 

Diqqətə çatdırılıb ki, bu gün yaradılmasının 35 illiyini qeyd etdiyimiz Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının da muxtar respublikamızda teatr sənətinin inkişafında və təbliğində öz yeri vardır. Teatr ötən illər ərzində hazırladığı müxtəlif məzmunlu tamaşalarla rayon sakinlərinin estetik zövqünün formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtlarının mənalı və səmərəli keçirilməsində əhəmiyyətli rol oynayıb. 

Nazir teatrın 35 illiyi münasibətilə kollektivin bütün üzvlərini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb, teatrın bir qrup əməkdaşına diplomlar təqdim olunub. 

Şərur Rayon Xalq Teatrının rejissoru Nəsimi Məmmədzadə “Şərur Xalq Teatrının keçdiyi yaradıcı­lıq yolu” mövzusundakı çıxışında bildirib ki, 1938-ci ildə SSRİ Ali Sovetinə deputatlığa namizədliyini bu rayondan irəli sürmüş dahi bəstəkar Üzeyir Hacıbəyovun seçiciləri ilə görüşündə bir qrup ziyalı “Arşın mal alan” musiqili komediyasından bir səhnə hazırlayaraq təqdim etmişdi. Tədbirdən sonra görkəmli sənətkardan ilk xeyir-dualarını alan həvəskarlar tərəfindən dram dərnəyi yaradılır. Dram dərnəyi zamanla öz ətrafına yaradıcı insanlar toplayıb, repertuarına bir çox tamaşalar daxil edib. Bu sırada Səməd Vurğunun “Vaqif”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Süleyman Sani Axundovun “Tamahkar”, Altay Məmmədovun “Yadındamı”, Gəray Fəzlinin “Yeddi ulduzlu səma” əsərinin motivləri əsasında “Gənclik bir də qayıtmır”, Qəni Hüseynovun “Nicat” və başqa tamaşaları qeyd etmək olar. 1981-ci ildə çox böyük uğurla Qəni Hüseynovun “Nicat” əsərini tamaşaya hazırlayan dram dərnəyinə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi böyük pedaqoq, rejissor R.Təhmasibin adını daşımaqla xalq teatrı statusu verib. Öz yaradıcılıq uğurlarına görə xalq teatrı statusu alan kollektiv bu qayğıdan ruhlanaraq repertuarını daha da zənginləşdirib. Bu baxımdan rejissor Qvami Baxşəliyevin quruluşunda Malik Muxtarın “Zəngulənin zəngləri”, Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu”, rejissor Pərvanə Cabbarovanın quruluşunda Vaqif Əsrarın “Şiraslanın arvadı”, rejissor Sabir Cəfər­ovun quruluşunda “Toy kimindir?” musiqili komediyalarını qeyd etmək olar. 

Ötən dövr ərzində teatrda istedadlı aktyor və rejissor nəsli yetişib. Onlar teatrın inkişafında öz səy və bacarıqlarını əsirgəməyiblər, müxtəlif illərdə Anton Pavloviç Çexovun “Ayı”, Mirzə Fətəli Axundovun “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah”, Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”, Üzeyir Hacıbəyovun “Quyruqlu ulduz”, Qeybulla Rəsulovun “Rəhmə gəl, mələyim”, Nəcəf bəy Vəzirovun “Dələduz”, Mirzə Ələkbər Sabirin 150 illik yubileyi münasibətilə “Dindirir əsr bizi”, Cahangir Aslan­oğlunun “Qısqanc ər”, Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsərlərinin uğurlu səhnə həllində istedadlarını nümayiş etdiriblər.

Vurğulanıb ki, 2006-cı ildə özünün 25 illiyini qeyd edən teatr Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin fəxri fərmanı ilə təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi xalq teatrlarının birinci ümumrespublika baxış-müsabiqəsində iştirak edərək 54 teatr kollektivi arasında ikinci dərəcəli diplomla təltif olunub. 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi xalq teatrlarının baxış-müsabiqəsində teatr Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında hazırlanmış “Yuxu” tamaşasına görə müsabiqənin ikinci dərəcəli diplomuna layiq görülüb. Kollektivin üzvlərinin əməyi dövlətimiz tərəfindən fəxri adlarla və dövlət mükafatları ilə qiymətləndirilib.

Tədbirin bədii hissəsində xalq teatrının müxtəlif illərdə hazırladığı tamaşalardan parçalar göstərilib və teatrın tarixi ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva və Nəsimi Məmmədzadənin xalq folkloru əsasında səhnələşdirdiyi “Toy” tamaşasının nümayişi olub.

Yubiley tədbirindən sonra kollektivlə görüşən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova və Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov teatrın üzvlərini təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıblar.

Prev Next

“Muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili”mövzusunda dəyirmi masa keçi…

22-02-2017 Hits:0

“Muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili”mövzusunda dəyirmi masa keçirilmişdir

Fevralın 21-də  Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə Nazirliyin şöbə müdiri...

Ardını oxu...

Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilmişdir

22-02-2017 Hits:2

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası...

Ardını oxu...

Şahbuz rayonunda film nümayiş etdirilib

20-02-2017 Hits:10

Şahbuz  rayonunda  film nümayiş etdirilib

Fevralın 17-də Şahbuz  rayon "Araz" kinoteatrında  "Azərbaycan kinosu günü" layihəsi çərçivəsində film nümayiş etdirilmişdir.  Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Film Fondunun  aparıcı-mütəxəssisi Şənhəyat Səfərova açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar...

Ardını oxu...

Naxçıvan Turizm İnformasiya Mərkəzinə ekskursiya təşkil olunub

20-02-2017 Hits:184

Naxçıvan Turizm İnformasiya Mərkəzinə ekskursiya təşkil olunub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi  Təhsil Nazirliyi ilə birlikdə 18 avqust 2016-ci il tarixdə “2016-2017-ci tədris ilində  təhsil və mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə...

Ardını oxu...

Şərur şəhərindəki Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbində metodik k…

18-02-2017 Hits:8

Şərur şəhərindəki Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbində metodik kurs keçirilib

Şərur şəhərindəki Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbində rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri üçün musiqi ədəbiyyatı fənni üzrə metodik kurs keçirilib. Əvvəlcə...

Ardını oxu...

"Beynəlxalq Ana Dili Günü" adlı sərgi təşkil edilib

18-02-2017 Hits:8

"Beynəlxalq Ana Dili Günü" adlı sərgi təşkil edilib

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında fevralın 17-də "Beynəlxalq Ana Dili Günü" adlı sərgi təşkil edilmişdir. Sərgidə 23 kitab nümayiş edilmişdir. Sərgidə “Heydər Əliyevin dil siyasəti”, Azərbaycan dilinin orfoqrafiya lügəti, Nizami Xudiyevin...

Ardını oxu...

"Xocalı soyqırımı" adlı sərgi təşkil edilib

17-02-2017 Hits:13

"Xocalı soyqırımı" adlı sərgi təşkil edilib

Fevralın 16-da M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən "Xocalı soyqırımı" adlı sərgi təşkil edilmişdir.

Ardını oxu...

Naxçıvanda Zərifə Salahovanın 85 illik yubileyi qeyd olunub

16-02-2017 Hits:395

Naxçıvanda Zərifə Salahovanın 85 illik yubileyi qeyd olunub

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi,  "Şöhrət” ordenli  Zərifə Salahovanın 85 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının...

Ardını oxu...

"Nağıl günləri" davam etdirilir

15-02-2017 Hits:162

"Nağıl günləri" davam etdirilir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iş planına əsasən muxtar respublikanın uşaq bağçalarında “Nağıl günləri”nin keçirilməsi davam etdirilir. Ötən ay Naxçıvan şəhəri daxil olmaqla rayon MKS-lərin uşaq şöbələri tərəfindən...

Ardını oxu...

Kitabxana işçiləri üçün təşkil edilmiş kurs başa çatmışdır

14-02-2017 Hits:399

Kitabxana işçiləri üçün təşkil edilmiş  kurs başa çatmışdır

Naxçıvan Musiqi Kollecində “Kitabxana işinin təşkili və müasir tələblər” mövzusunda keçirilən kursu müvəffəqiyyətlə bitirənlərə bu gün sertifikatlar təqdim edilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun...

Ardını oxu...
00027764
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
25
222
480
4220
27764

Tarix: 22-02-2017
Biz, sosial şəbəkələrdə: