"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Dövlət Xalça Muzeyinə sakinlər tərəfindən yeni eksponatlar təqdim olunub

Maddi-mədəni irsimizin qorunmasında və təbliğində muxtar respublika sakinləri də səylərini əsirgəmir, bu istiqamətdə həyata keçirilən tədbirlərdə fəallıq göstərir, əldə olunan maddi-mədəniyyət nümunələrini muzeylərimizə hədiyyə edirlər.

Dekabrın 23-də Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən XIX əsrin sonuna aid yun palaz, XX əsrin əvvəllərinə aid parça arxalıq, XX əsrə aid dəmir həvə, XX əsrin ortalarına aid qadın yun corabı, XX əsrin əvvəllərinə aid açıqqızılı rəngli parça örtük, Sədərək kənd sakini Kəmalə Əliyeva tərəfindən ağ rəngli toxuma əl işi, Nəhəcir kənd sakini Qalib Nağıyev tərəfindən, təxminən, 200 illik tarixi olan cəhrə, Axura kənd sakini Firuzə Mehdiyeva tərəfindən yun darağı, Şahbuz şəhər sakini Vahab Hüseynov tərəfindən XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid xalça Naxçıvan Dövlət Xalça Muzeyinə təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada bütün sahələr, o cümlədən mədəniyyət sahəsi də inkişaf etdirilir. Bu gün tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Həmin mədəniyyət müəssisələrində 112 mindən çox maddi-mədəniyyət nümunələri qorunub saxlanılır. Müstəqillik illərinə qədər muxtar respublika ərazisində 13 muzey fəaliyyət göstərirdisə, ötən dövrdə 16 muzey yaradılıb.

Artıq 5 ilə yaxındır ki, Naxçıvan Dövlət Universitetində muzey işi sahəsində ixtisaslı kadrlar yetişdirilir. Bu gün muzeylərimizi ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb və muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən, muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri mütəşəkkil şəkildə muzeylərimizi ziyarət edirlər. Bundan başqa, tələbə-gənclərin, şagirdlərin, müxtəlif xidmət sahələrində çalışanların da muzeyləri ziyarəti təmin olunub. Təkcə bu ilin ötən dövrü ərzində muzeylərimizi 29 mindən çox tamaşaçı ziyarət edib. Bunların arasında həm yerli sakinlər, həm Azərbaycanın digər regionlarından muxtar respublikamıza gələn qonaqlar və xarici ölkə vətəndaşları olublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muzeylər ilə orta məktəblər arasında distant dərslər təşkil edilir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəşəkkil şəkildə muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi də diqqətdə saxlanılır. Bu işdə muxtar respublika sakinləri öz köməkliklərini göstərirlər. Təkcə 2016-cı il ərzində muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub. Bu tədbirlərin davamı olaraq bu gün Naxçıvan Dövlət Xalça Muzeyinə yeni eksponatlar təqdim edilir.

Sonra Nehrəm kənd sakini Akif Hacıyev, Sədərək kənd sakini Kəmalə Əliyeva, Nəhəcir kənd sakini Qalib Nağıyev, Şahbuz şəhər sakini Vahab Hüseynov çıxış ediblər. 

Çıxışlarda bildirilib ki, bu gün muxtar respublikada maddi-mədəni irsimizin qorunub yaşadılması sahəsində ardıcıl tədbirlər görülür. Muzeylərin eksponatlarla zənginləşdirilməsi, yeni muzeylərin yaradılması sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilən tədbirlər minnətdarlıqla qarşılanır. Hər kəs mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərə öz töhfəsini verməyə çalışır. Sakinlər tərəfindən qədim məişət əşyalarının, xalçaların muzeylərə təqdim edilməsi də, bu mənada, mühüm əhəmiyyətə malikdir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Muxtar respublikada maddi-mədəniyyət nümunələrinin toplanmasında bundan sonra da fəal iştirak edəcəyik.

Sonda tədbir iştirakçıları muzeylə tanış olublar.

 

Prev Next

Naxçıvanda Novruz bayramı qeyd olunmuşdur

18-03-2017 Hits:43

Naxçıvanda Novruz bayramı qeyd olunmuşdur

Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini özündə yaşadan bayramlar sırasında Novruz xüsusi yer tutur. Xalqımızın mənəvi dünyası və həyata baxışı Novruz mərasimlərində dolğun əks olunmuş, bu bayram milli...

Ardını oxu...

“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Ordubad və Culfa rayonları…

17-03-2017 Hits:160

“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Ordubad və Culfa rayonlarında olublar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara martın 16-da start verilib. Xəbər verdiyimiz kimi, həmin gün...

Ardını oxu...

Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi abidələrlə, mədəniyyət və tə…

17-03-2017 Hits:44

Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi abidələrlə, mədəniyyət və təhsil müəssisələri ilə tanış olublar

Martın 16-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin 6 rayonundan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib. Məktəblilər əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında...

Ardını oxu...

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən yeni eksponatl…

17-03-2017 Hits:91

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən yeni eksponatlar təqdim edilib

Martın 16-da Nehrəm kənd sakinləri Akif Hacıyev, İsmayıl Qurbanov, Həsən Həsənov, Babək qəsəbə sakini Səadət Rəhimova tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən 30-a yaxın eksponat Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə...

Ardını oxu...

"Azərbaycanın teatr tarixindən" mövzusunda mühazirə keçirilib

16-03-2017 Hits:209

"Azərbaycanın teatr tarixindən" mövzusunda mühazirə keçirilib

Martın 16-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda mədəniyyət müəssisələrin gəncləri üçün "Azərbaycanın teatr tarixindən" mövzusunda mühazirə keçirilmişdir. Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm...

Ardını oxu...

“Əl-Fəcr” qəzetində Naxçıvan barədə məqalə dərc olunub

16-03-2017 Hits:67

“Əl-Fəcr” qəzetində Naxçıvan barədə məqalə dərc olunub

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr” qəzetində Naxçıvan haqqında məqalə dərc olunub. Qəzetin baş redaktoru Şərif Əl-Bəsilin Naxçıvan Muxtar Respublikası haqqında silsilə məqalələrinin davamı olaraq martın 13-də “Əl-Fəcr” qəzetində bir səhifə...

Ardını oxu...

Naxçıvanda Məmməd Səid Ordubadinin anadan olmasının 145 illiyi münasibətilə…

16-03-2017 Hits:368

Naxçıvanda Məmməd Səid Ordubadinin anadan olmasının 145 illiyi münasibətilə tədbir keçirilib

Dünən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında görkəmli yazıçı-publisist Məmməd Səid Ordubadinin anadan olmasının 145 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm...

Ardını oxu...

Naxçıvanda Milli Teart Günü qeyd olunub

11-03-2017 Hits:139

Naxçıvanda Milli Teart Günü qeyd olunub

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Azərbaycan...

Ardını oxu...

Naxçıvan teatrı zəngin ənənələrə malikdir

10-03-2017 Hits:112

Naxçıvan teatrı zəngin ənənələrə malikdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir. 1873-cü ilin mart ayında Mirzə Fətəli Axundzadənin...

Ardını oxu...

Naxçıvanlı gənc saz ifaçısı “Köklə sazı” aşıq müsabiqəsinin qaliblərindəndi…

10-03-2017 Hits:89

Naxçıvanlı gənc saz ifaçısı “Köklə sazı” aşıq müsabiqəsinin qaliblərindəndir

Aşıq sənətinin və musiqisinin tarixi çox qədim və zəngindir. Bu gün muxtar respublikamızda da aşıq sənətinin inkişafı və təbliği ilə bağlı bir sıra tədbirlər həyata keçirilir, musiqi təhsili ocaqlarında saz...

Ardını oxu...
00033948
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
0
66
451
3854
33948

Tarix: 23-03-2017
Biz, sosial şəbəkələrdə: