"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Mədəniyyət müəssisələrində çalışan fəal və istedadlı gənclərin iştirakı ilə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışan və ya təhsil alan fəal gənc­lərin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Pərvin Həsənovun “Dövlət gənclər siyasəti”, adıçəkilən nazirliyin şöbə müdirlərindən Həsən Kərimovun “Naxçıvan mədəniyyəti bu gün”, Əkbər Novruz­ovun “Muxtar respublikanın turizm potensialının təbliğində gənclərin rolu” mövzularında çıxışları olub.

Çıxışlarda qeyd edilib ki, muxtar respublikada dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Gənc nəslin sağlam, bilikli və vətənpərvər ruhda böyüməsi diqqət mərkəzində saxlanılır, onların cəmiyyətin bütün sahələrində fəal iştirakı təmin olunur. Son illər bu məqsədlə muxtar respublikada elektron kitabxanalar, yeni məktəb binaları, mədəniyyət evləri, ali təhsil müəssisələri üçün yeni tədris korpusları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək gənclərin istifadəsinə verilib.

Vurğulanıb ki, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, bu sahədə müvafiq dövlət pro­qramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, onların elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi kimi mühüm tədbirlər təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması haqqında” fərmanları muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının davamıdır. Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi gənc­lərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyətə malikdir.

Tədbirin sonunda gənclərin gələcəkdə görüləcək işlər barədə fikir və təklifləri dinlənilib, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müəssisələrin fəal və istedadlı gənclərinin toplandığı Gənclər Təşkilatının yaradılması qərara alınıb. Nazirliyin əməkdaşları Pərvin Həsənov təşkilatın sədri, Qumral Məmiyeva isə təşkilatın sədr müavini seçiliblər.

Prev Next

Babək Rayon Xalq Teatrının uğurları artır

18-08-2017 Hits:190

Babək Rayon Xalq Teatrının uğurları artır

Muxtar respublikamızda xalq teatrlarının fəaliyyəti üçün lazımi şərait yaradılır. Artıq bir neçə rayonda fəaliyyət göstərən xalq teatrları regionun mədəni həyatında fəal çıxışları ilə diqqəti çəkir.  Bu günlərdə yolum Babək rayonuna düşmüşdü....

Ardını oxu...

Naxçıvan Turizm İnformasiya Mərkəzi muxtar respublikanın turizm potensialın…

18-08-2017 Hits:278

Naxçıvan Turizm İnformasiya Mərkəzi muxtar respublikanın turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görür

Bu gün sosial-iqtisadi inkişafın sürətlənməsində mühüm rol oynayan turizm fəaliyyətinin genişləndirilməsi istiqamətində Naxçıvanda kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 may tarixli Fərmanı ilə...

Ardını oxu...

Məktəblilərin tətil günlərinin səmərəli keçirilməsi məqsədilə konsert keçir…

17-08-2017 Hits:111

Məktəblilərin tətil günlərinin səmərəli keçirilməsi məqsədilə konsert keçirilib

Avqustun 16-da Culfa Rayon Mədəniyyət Evində məktəblilərin tətil günlərinin səmərəli keçirilməsi məqsədilə konsert keçirilmişdir. Konsert başlamazdan əvvəl qeyd edilmişdir ki, uşaqlar hər bir dövlətin, hər bir millətin gələcəyidir. Bu günün...

Ardını oxu...

Naxçıvan – Azərbaycan mədəniyyətinin paytaxtı

17-08-2017 Hits:90

Naxçıvan – Azərbaycan mədəniyyətinin paytaxtı

Amerika Birləşmiş Ştatlarının Massachusetts ştatının Boston şəhərində yerləşən, mədəniyyətlər və xalqlar arasında güclü əlaqələr qurmaq naminə fəaliyyət göstərən “Vahid Planet” (www.unitedplanet.org) beynəlxalq qeyri-kommersiya təşkilatının təsisçisi və prezidenti David Santulli bu...

Ardını oxu...

Mütaliə günü Xalq şairinə həsr olunub

12-08-2017 Hits:145

Mütaliə günü Xalq şairinə həsr olunub

Avqustun 11-də Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən muxtar respublikanın paytaxtındakı Təbriz küçəsindəki 1 nömrəli yaşayış binasının həyətində balaca oxucular üçün  təşkil olunmuş mütaliə günü Azərbaycanın Xalq...

Ardını oxu...

Milli mətbəx nümunələrimizi təbliğ edən ictimai iaşə obyekti

12-08-2017 Hits:162

Milli mətbəx nümunələrimizi təbliğ edən ictimai iaşə obyekti

Hər bir insan gündəlik iş rejimindən artıq qalan və istirahət günlərindəki boş vaxtını övladlarıyla, ailəsiylə keçirmək üçün müxtəlif məkanlara üz tutur. Bu gün Naxçıvan şəhərində bir neçə nümunəvi istirahət məkanı,...

Ardını oxu...

Muxtar respublikada turizmin inkişafı diqqət mərkəzində saxlanılır

12-08-2017 Hits:157

Muxtar respublikada turizmin inkişafı diqqət mərkəzində saxlanılır

Müasir dövrdə turizm cəmiyyətin sosial-iqtisadi həyatında oynadığı rola görə iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Bu gün turizm yeni iş yerlərinin açılmasında, əhalinin səmərəli məşğulluğunun təmin edilməsində mühüm rol...

Ardını oxu...

Çinin nüfuzlu “CCTV-4” kanalının əməkdaşları Naxçıvanda çəkiliş aparıblar

11-08-2017 Hits:175

Çinin nüfuzlu “CCTV-4” kanalının əməkdaşları Naxçıvanda çəkiliş aparıblar

Çinin nüfuzlu “CCTV-4” telekanalı “Vətən – xəyallar ölkəsi” adlı səyahət mövzulu verilişinin növbəti buraxılışını Azərbaycana həsr edib. Telekanalın çəkiliş qrupu 3-9 avqust tarixlərində Naxçıvan Muxtar Respublikasında çəkiliş aparıb. Səfərin ilk günü...

Ardını oxu...

Muzey bələdçiləri üçün növbəti seminar-treninq Hüseyn Cavidin Ev Muzeyində …

11-08-2017 Hits:226

Muzey bələdçiləri üçün növbəti seminar-treninq Hüseyn Cavidin Ev Muzeyində olub

Muxtar respublikamızın muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir Naxçıvan şəhərindəki Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində olub.       Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə...

Ardını oxu...

Muxtar respublikada kənd turizminin inkişafı üçün potensial imkanlar var

10-08-2017 Hits:168

Muxtar respublikada kənd turizminin inkişafı üçün potensial imkanlar var

İsti yay günlərində dincəlməyi hamı sevir. Bu fəsildə mənalı asudə vaxt üçün çoxlu pul xərcləyib uzaq səyahətlərə çıxanlar da az deyil. Ancaq yaşadığı şəhərdən cəmisi bir-iki saatlıq məsafədə yaşıllıq içərisindəki...

Ardını oxu...
00095800
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
48
430
2785
8859
95800

Tarix: 20-08-2017
Biz, sosial şəbəkələrdə: