"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başladı

Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: 2016-cı il fevralın 23-də Tehran şəhərində “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Saziş imzalanmışdır. İki dost və qonşu ölkə arasında əlaqələrin daha da dərinləşməsinə yönəlmiş həmin sazişə əsasən bu gün Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayır. 

Ali Məclisin Sədri yeni sərnişin qatarının istifadəyə verilməsi münasibətilə mərasim iştirakçılarını və istifadəçiləri təbrik edərək demişdir: Azərbaycan və İran xalqlarını tarix, mədəniyyət və ortaq dəyərlər birləşdirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dəyərlərin inkişafına daim mühüm əhəmiyyət verirdi. Qeyd etmək xoşdur ki, bu gün dövlət başçılarının iradəsi ilə ikitərəfli münasibətlərimiz yeni mərhələyə yüksəlmişdir. Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran və onun yaxın vilayətləri arasında imzalanan sənədlər, əldə olunan razılıqlar, münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu imkanları nəzərə alaraq demişdir: “İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır”.

“Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması dövlətlərarası və xalqlararası münasibətlərimizin daha bir inkişaf göstəricisi kimi məmnunluq doğurur. Eyni zamanda sərnişin qatarının fəaliyyəti insanlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, gediş-gəliş artacaq, turizm və humanitar sahədə əməkdaşlıq genişlənəcəkdir”, – deyən Ali Məclisin Sədri Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının xeyirli-uğurlu olmasını arzulamış, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirmişdir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək demişdir ki, ümummilli liderimizin əsasını qoyduğu inkişaf xətti bu gün ölkəmizdə davam etdirilir. Azərbaycan Respublikasında digər sahələrlə yanaşı, dəmir yolu şəbəkəsi də yenidən qurulur, bu sahədə müasir texnologiyaların tətbiqi sürətləndirilir. Hazırda ölkəmizdə dəmir yolunun inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq genişləndirilir. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı da bu sahədə görülən işlərin davamıdır. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan-İran əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Dövlət başçıları tərəfindən həyata keçirilən qarşılıqlı səfərlər əlaqələrə öz töhfəsini verməkdədir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşamasına baxmayaraq sürətlə və hərtərəfli inkişaf edir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada enerji və ərzaq təhlükəsizliyi təmin olunmuşdur. Sərnişin qatarı Naxçıvan Muxtar Respublikası ilə İran arasında iqtisadi və turizm əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır. 

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi sərnişin qatarının fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdıraraq demişdir ki, son illər Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf etmişdir. Bu inkişaf Azərbaycan-İran ikitərəfli münasibətlərinə də öz töhfəsini verməkdədir. Ötən əsrin 90-cı illərində Naxçıvanda əsası qoyulan ikitərəfli əlaqələr bu gün müxtəlif sahələrdə davam etdirilir. Hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası çərçivəsində həyata keçirilən layihələr Naxçıvan Muxtar Respublikasını da əhatə edir. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı İran və Azərbaycan arasında dostluq qatarı olacaq, əlaqələri daha da genişləndirəcək, turizm və iqtisadiyyatın bir çox sahələrində səmərəli əməkdaşlıq qurulacaqdır. 

İran İslam Respublikasının Dəmir Yollarının baş direktoru Səid Məhəmmədzadə öz çıxışında diqqətə çatdırmışdır ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı ölkələrimiz arasında dəmir yolu nəqliyyatının inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Bu layihənin həyata keçirilməsi hər iki tərəfdən gediş-gəlişin artmasına, gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə səbəb olacaqdır. 

Sonra yeni yaradılmış keçid rejim zonasına və sərnişin vaqonlarına baxış olmuşdur. Bildirilmişdir ki, Naxçıvan və Culfa sərnişin vağzalı binalarında gömrük, miqrasiya, sərhəd buraxılışı və viza xidmətlərinin həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır. Sərnişin qatarının fəaliyyətə başlaması üçün Bakı şəhərindən hər biri 36 yerlik kupe tipli 3 müasir sərnişin vaqonu gətirilmişdir. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı həftədə 2 dəfə yola düşəcək və il ərzində 12 min sərnişin daşınacaqdır. 40 İsveçrə frankı olan gediş haqqı biletin satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən ediləcəkdir. Naxçıvan və Culfa dəmiryol stansiyalarında biletlərin satışı təşkil olunmuşdur. 

Sərnişin qatarı ilə tanışlıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi kütləvi informasiya vasitələrinə qısa müsahibə vermiş, tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirmişlər.

Saat 11:00-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı yola salınmışdır.

Prev Next

Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey bələdçiləri üçün növbəti…

22-06-2017 Hits:182

Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey bələdçiləri üçün növbəti seminar-treninq keçirilib

Muxtar respublikamızın muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində olub. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə Nazirliyin Mədəni irs...

Ardını oxu...

“Xalq teatrlarının muxtar respublika festivalı – 2017” başa çatıb

21-06-2017 Hits:254

“Xalq teatrlarının muxtar respublika festivalı – 2017” başa çatıb

Festivalın son günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” faciəsi əsasında...

Ardını oxu...

Uşaq Kitabxanasının kollektivi növbəti "Nağıl günü" keçirib

21-06-2017 Hits:246

Uşaq Kitabxanasının kollektivi növbəti "Nağıl günü" keçirib

A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının kollektivi uşaq bağçalarında keçirilən ənənəvi “Nağıl günləri”ni davam etdirirlər. Kitabxana kollektivi 20 iyun 2017-ci il tarixdə Naxçıvan şəhərindəki 15№-li uşaq bağçasında olmuş, uşaqlara...

Ardını oxu...

Gənclərin ekskursiyası təşkil olunub

20-06-2017 Hits:203

Gənclərin ekskursiyası təşkil olunub

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışan fəal gənclərin Batabat Astrofizika Rəsədxanası və Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil olunub. Batabat Astrofizika Rəsədxanasında olan gənclərə...

Ardını oxu...

Kursu bitirənlərə sertifikatlar verilmişdir

20-06-2017 Hits:155

Kursu bitirənlərə sertifikatlar verilmişdir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazir­liyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə kitabxana işçiləri üçün keçirilən 10 günlük kurs başa çatmışdır.  Bu münasibətlə Naxçıvan Musiqi Kollecində keçirilən tədbirdə çıxış...

Ardını oxu...

“Xalq teatrlarının muxtar respublika festivalı – 2017” davam edir

20-06-2017 Hits:178

“Xalq teatrlarının muxtar respublika festivalı – 2017” davam edir

Festival Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilir. Dünən Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı Xalq...

Ardını oxu...

Uşaq Musiqi məktəblərinin hesabat konserti olmuşdur

19-06-2017 Hits:87

İyunun 17-də Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan şəhərindəki 2№-li və 4 №-li uşaq musiqi məktəblərinin birgə hesabat konserti olmuşdur. Tədbirdə çıxış edən Naxçıvan şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Təranə...

Ardını oxu...

Bəhruz Kəngərli Muzeyində tədbir keçirilib

17-06-2017 Hits:168

Bəhruz Kəngərli Muzeyində tədbir keçirilib

Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyinin yaranmasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq qeyd edib ki, günümüzdə muxtar respublikamızda görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi...

Ardını oxu...

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Kəngərli rayonunda konserti olmuşdur

17-06-2017 Hits:209

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Kəngərli rayonunda konserti olmuşdur

İyunun 16-da Kəngərli Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının konserti olmuşdur. Konsertin aparıcısı bildirib ki, ölkəmizdə uşaqların sağlam mühitdə böyümələri üçün hər cür şərait yaradılmışdır. Muxtar respublikamızda da uşaqların...

Ardını oxu...

İstirahət konserti təşkil olunub

16-06-2017 Hits:41

Muxtar respublikanın musiqi kollektivləri tərəfindən əhalinin istirahətinin mənalı təşkili, asudə vaxtın mənalı keçirilməsi məqsədilə konsertlər davam etdirilir. İyunun 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər...

Ardını oxu...
00072818
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
63
294
1119
13063
72818

Tarix: 29-06-2017
Biz, sosial şəbəkələrdə: