"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

30 dekabr 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov tədbiri giriş sözü ilə açaraq bu günün mahiyyətindən geniş danışmışdır. Bildirmişdir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər.  Ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsinin, həmrəyliyin banisi idi. Həmrəylik gününün qeyd olunması ilə bağlı tarixi qərar da o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilmişdir.

Diqqətə çatdırılıb ki, Həmrəylik günü xalqımızın birlik şüarının simvolik günüdür. Gündən-günə daha sürətlə inkişaf edən müstəqil Azərbaycan isə bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər.

Sonra Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyev və Dünya Azərbaycanlılarının həmrəylik məsələsi” mövzusunda geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, dünya azərbaycanlılarının həmrəylik və birlik ideyasını dövlət siyasəti səviyyəsinə qaldıran ulu öndər Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etmələri, doğma Vətənlə əlaqələrinin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır, soydaşlarımızın problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün özünün siyasi təcrübəsindən və dövlətin imkanlarından yetərincə istifadə edirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən dekabrın 31-nin “Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü” kimi qeyd olunması barədə tarixi qərara imza atan ümummilli lider Heydər Əliyevin bu missiyası, bütünlüklə, milli diasporun formalaşmasına zəmin yaradıb. Müstəqillik illərində dünya azərbaycanlılarının xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, Azərbaycançılıq duyğularına əsaslanan həmrəylik ideyası ulu öndər Heydər Əliyevin sayəsində ictimai təşəbbüslərdən əməli işə, çoxşaxəli fəaliyyət planına və dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.

Bildirilib ki, 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. 2002-ci ildə isə Xarici Ölkə­lərdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul olunması bu sahədə prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən edib. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə bilavasitə diaspor problemi ilə məşğul olan dövlət orqanlarının təsis edilməsi və müvafiq qanunun qəbul olunması dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da sürətləndirib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması işinə təkan verib.

Sonra “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” ilə bağlı film nümayiş etdirilmişdir.

Sonda tədbir iştirakçıları M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının foyesində günün mahiyyətini özündə əks etdirən sərgi ilə tanış olmuşlar.

Prev Next

Naxçıvanda Novruz bayramı qeyd olunmuşdur

18-03-2017 Hits:43

Naxçıvanda Novruz bayramı qeyd olunmuşdur

Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini özündə yaşadan bayramlar sırasında Novruz xüsusi yer tutur. Xalqımızın mənəvi dünyası və həyata baxışı Novruz mərasimlərində dolğun əks olunmuş, bu bayram milli...

Ardını oxu...

“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Ordubad və Culfa rayonları…

17-03-2017 Hits:160

“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Ordubad və Culfa rayonlarında olublar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara martın 16-da start verilib. Xəbər verdiyimiz kimi, həmin gün...

Ardını oxu...

Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi abidələrlə, mədəniyyət və tə…

17-03-2017 Hits:44

Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi abidələrlə, mədəniyyət və təhsil müəssisələri ilə tanış olublar

Martın 16-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin 6 rayonundan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib. Məktəblilər əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında...

Ardını oxu...

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən yeni eksponatl…

17-03-2017 Hits:91

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən yeni eksponatlar təqdim edilib

Martın 16-da Nehrəm kənd sakinləri Akif Hacıyev, İsmayıl Qurbanov, Həsən Həsənov, Babək qəsəbə sakini Səadət Rəhimova tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən 30-a yaxın eksponat Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə...

Ardını oxu...

"Azərbaycanın teatr tarixindən" mövzusunda mühazirə keçirilib

16-03-2017 Hits:209

"Azərbaycanın teatr tarixindən" mövzusunda mühazirə keçirilib

Martın 16-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda mədəniyyət müəssisələrin gəncləri üçün "Azərbaycanın teatr tarixindən" mövzusunda mühazirə keçirilmişdir. Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm...

Ardını oxu...

“Əl-Fəcr” qəzetində Naxçıvan barədə məqalə dərc olunub

16-03-2017 Hits:67

“Əl-Fəcr” qəzetində Naxçıvan barədə məqalə dərc olunub

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr” qəzetində Naxçıvan haqqında məqalə dərc olunub. Qəzetin baş redaktoru Şərif Əl-Bəsilin Naxçıvan Muxtar Respublikası haqqında silsilə məqalələrinin davamı olaraq martın 13-də “Əl-Fəcr” qəzetində bir səhifə...

Ardını oxu...

Naxçıvanda Məmməd Səid Ordubadinin anadan olmasının 145 illiyi münasibətilə…

16-03-2017 Hits:368

Naxçıvanda Məmməd Səid Ordubadinin anadan olmasının 145 illiyi münasibətilə tədbir keçirilib

Dünən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında görkəmli yazıçı-publisist Məmməd Səid Ordubadinin anadan olmasının 145 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm...

Ardını oxu...

Naxçıvanda Milli Teart Günü qeyd olunub

11-03-2017 Hits:139

Naxçıvanda Milli Teart Günü qeyd olunub

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Azərbaycan...

Ardını oxu...

Naxçıvan teatrı zəngin ənənələrə malikdir

10-03-2017 Hits:112

Naxçıvan teatrı zəngin ənənələrə malikdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir. 1873-cü ilin mart ayında Mirzə Fətəli Axundzadənin...

Ardını oxu...

Naxçıvanlı gənc saz ifaçısı “Köklə sazı” aşıq müsabiqəsinin qaliblərindəndi…

10-03-2017 Hits:89

Naxçıvanlı gənc saz ifaçısı “Köklə sazı” aşıq müsabiqəsinin qaliblərindəndir

Aşıq sənətinin və musiqisinin tarixi çox qədim və zəngindir. Bu gün muxtar respublikamızda da aşıq sənətinin inkişafı və təbliği ilə bağlı bir sıra tədbirlər həyata keçirilir, musiqi təhsili ocaqlarında saz...

Ardını oxu...
00033948
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
0
66
451
3854
33948

Tarix: 23-03-2017
Biz, sosial şəbəkələrdə: