"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Milli mədəniyyətimizin və turizm potensialının təbliğində sosial şəbəkələrin rolu

Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Milli mədəniyyətimizin və turizm potensialının təbliğində sosial şəbəkələrin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Kənan Tağızadə “Sosial şəbəkələrin gənclərə təsiri” və Əkbər Novruzov “Milli mədəniyyətimizin və turizm potensialının təbliğində sosial şəbəkələrin rolu” mövzularında çıxış ediblər. Bildirilib ki, bu gün inkişaf etməkdə olan texnologiyalar sürətlə həyatımızın bir hissəsinə çevrilməkdədir. 

Qeyd edilib ki, internetdə Naxçıvan Muxtar Respublikasında mədəniyyət və turizm sahəsi ilə bağlı təbliğat missiyasını da bu texnologiyaların köməyilə, internet şəbəkəsindən istifadə etməklə tam həcmdə həyata keçirmək olar. İnternet resurslarından istifadə edərək qədim diyarımızın mədəniyyətini və turizm potensialını geniş təbliğ etmək üçün hər cür imkanlarımız vardır.

Ardını oxu...

İstedadlı tələbənin solo konserti olub

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Musiqi Kollecinin fortepiano ixtisası üzrə III kurs tələbəsi Səkinə Quliyevanın solo konserti olub.

Konsertdən əvvəl kollecin musiqi həyatını və istedadlı tələbənin uğurlarını əks etdirən videoçarx nümayiş etdirilib. 

Tədbirdə qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında ixtisaslı musiqiçi kadrların yetişdirilməsi, istedadlı gənclərin musiqi təhsilinə cəlb olunması, milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının əsərlərinin öyrənilməsi məqsədilə yaradılan Naxçıvan Musiqi Kolleci bu gün də gənc musiqiçi kadrların yetişdirilməsinə öz töhfələrini verməkdədir. Səkinə Quliyeva da istedadı ilə seçilən tələbələrdən biridir. Azərbaycan və Naxçıvan Muxtar Respublikası üzrə keçirilən gənc fortepianoçuların müsabiqələrində diplomlara layiq görülən istedadlı tələbə həm də kollecin ictimai işlərində fəallıq göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin istedadlı gənclər üçün təsis etdiyi təqaüdə layiq görülən Səkinə Quliyeva Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərlərini bacarıqla ifa edir. İstedadlı tələbə milli musiqimizi və Avropa musiqisini dərindən mənimsəyərək bu əsərlərin ideyasını dinləyiciyə bacarıqla çatdırır.

Ardını oxu...

Gənclər Naxçıvanın tanıdılması ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıblar

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının inzibati binasında “Muxtar respublikanı necə tanıdırıq?” mövzusunda təşkil edilən dəyirmi masada fəal gənclər doğma yurdumuzun təbliği ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev açaraq qeyd edib ki, turizm insanların sərhədsiz düşüncə maraqlarının üzərində cəmləşmiş bir sahədir. Buna görə də son dövrlərdə çoxsaylı turizm sahələri inkişaf etdirilməkdədir. Turizm səfalı təbiət, tarix, mədəniyyət, qonaqpərvərlik və təhlükəsizlik amilləri üzərində qurulur. Hansı ki, sadaladığımız amillər artıq muxtar respublikamızda bu sahənin davamlı inkişafı baxımından əsl təməl rolunu oynayır. Məmməd Babayev gənclərin Naxçıvanın turizm imkanlarının tanıdılmasında fəal olmalarının əhəmiyyətini qeyd edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək bildirib ki, muxtar respublikanın böyük turizm potensialına malikdir. Qədim tarixə, zəngin mədəniyyətə, gözəl təbiətə malik olması müasir dövrdə Naxçıvanı turistlər üçün daha cəlbedici edir. Bu gün qədim diyarın turizm potensialının tanıdılmasında gənclərin üzərinə böyük vəzifə düşür.

Ardını oxu...

“Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” mövzusunda rəsm müsabiqəsi davam edir

Noyabrın 24-də Şərur Rayon Şahmat Məktəbində “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin üçüncü turu keçirilib. 

Tədbirdə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Hökumə Məmmədli çıxış edərək bildirib ki, Azərbaycan mədəniyyətinin, o cümlədən təsviri sənətinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hakimiyyətdə olduğu bütün dövrlərdə rəssamlığa da böyük diqqət və qayğı göstərib.

Qeyd olunub ki, keçirilən rəsm müsabiqəsi təhsil, mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2017-2018-ci tədris ili üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən dahi şəxsiyyətin anadan olmasının 95-ci ildönümünə həsr edilib. Müsabiqə muxtar respublika məktəbləri şagirdlərinin yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşması, gənclərdə vətənpərvərlik duyğularının daha da gücləndirilməsi məqsədi daşıyır.

Sonra gənc rəssamların çəkdikləri rəsm əsərləri münsiflər heyətinin iştirakı ilə qiymətləndirilib. Şərur rayonu üzrə keçirilən müsabiqənin bu mərhələsində Nisə­bəyim Babayeva (Muğancıq-Mehrab kəndi, 9-cu sinif) I, Sinan Həsənov (Sərxanlı kəndi, 10-cu sinif), Çinar Məmmədov (Dəmirçi kəndi, 9-cu sinif) II, Nuray Məmmədova (Aralıq kəndi, 8-ci sinif), Məhəmməd Gözəlov (Dəmirçi kəndi, 11-ci sinif) III yerlərin diplomlarına layiq görülüblər. Qaliblər müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar.

Ardını oxu...

Sədərək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilib

Muxtar respublikanın kompleks inkişafı sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunu da əhatə etmişdir. Rayonda geniş quruculuq işləri aparılmış, müasir infrastruktur yaradılmış, sakinlərin rahat yaşayışı təmin edilmişdir. Həyata keçirilən tədbirlər Sədərək rayonunda mədəniyyətin inkişafı üçün də geniş imkanlar açır. 

Noyabrın 28-də Sədərək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 

Ali Məclisin Sədri Sədərək Rayon Mədəniyyət Evinin yeni binasının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və binada fəaliyyət göstərəcək təşkilatların kollektivlərini təbrik edərək demişdir: Bu gün Sədərək Rayon Mədəniyyət Evinin istifadəyə verilməsi rayonda mədəni həyatın canlanmasına səbəb olacaqdır. Binada Sədərək Rayon Mədəniyyət və Turizm Şöbəsi, Mərkəzləşmiş Kitabxana Sistemi və Mədəniyyət Evi fəaliyyət göstərəcəkdir. Bu da hər üç təşkilatda çalışan 40-a yaxın əməkdaş üçün müasir iş şəraitinin yaradılması deməkdir.

Ardını oxu...

Amerikalı araşdırmaçı jurnalist Peter Tase: Naxçıvan dünya mədəniyyətinin mühüm mərkəzidir

Ötən həftə tanınmış amerikalı jurnalist, Paraqvay Milli Konqresinin xarici işlər üzrə xüsusi məsləhətçisi Peter Tase muxtar respublikamıza gəlib. Jurnalist dostumuzu "Şərq qapısı" qəzetinin redaksiyasına dəvət edib, səfərinin məqsədi və təəssüratları ilə tanış olduq. 

– Sizi Naxçıvanda yenidən xoş gördük. Budəfəki səfərinizin məqsədi haqqında nə deyə bilərsiniz? 

– Bu mənim qədim Nuh yurdu Naxçıvana üçüncü səfərimdir. Xatırlayıram, sonuncu dəfə ötən ilin mayında görüşmüşdük. O vaxt da burada indiki kimi gözəl günəşli günlər var idi. Bu dəfə də səfərimin ikinci günündə bir çox yerlərə baş çəkmək imkanımız oldu. Əsas məqsədim Naxçıvanın dünya əhəmiyyətli abidələri ilə tanış olmaq, bunlar haqqında müxtəlif yazılar hazırlayıb nəşr etdirməkdir. Bilirsiniz, mən artıq iki aydır, ölkənizdəyəm və Azərbaycanda mövcud olan multikulturalizm ənənələri və onun dünya mədəniyyətinə təsiri barədə araşdırmalar aparıram. Azərbaycanın tərkib hissəsi olan Naxçıvanın da bu baxımdan dünya mədəniyyətinə çox güclü töhfələri olduğuna inanıram. Ona görə də bu qədim Azərbaycan torpağını daha yaxından tanımaq üçün bir daha Naxçıvana gəldim.

Ardını oxu...

Prev Next

“Kaspi” qəzetində Flora Xəlilzadənin Bəhruz Kəngərlinin həyat və fəaliyyəti…

08-12-2017 Hits:46

Üzeyir Hacıbəyli musiqi mədəniyyətimizdə hansı zirvədədirsə, Bəhruz Kəngərli də təsviri sənətimizdə həmin ucalıqdadır Unudulmaz şairimiz İslam Səfərlinin səmimiyyət dolu bir şeirindən gətirdiyim nümunə ilə, əslində, etirafla başlamaq istəyirəm yazıma. Şair doğulduğu ana...

Ardını oxu...

Qədim diyarımız İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcəkdi…

08-12-2017 Hits:44

Qədim diyarımız İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcəkdir

Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli və dini dəyərlərin qorunmasında misilsiz xidmətlər göstərib. Ulu öndər İslam dininin...

Ardını oxu...

Sağlamlıq imkanları məhdud uşaqların konserti olub

07-12-2017 Hits:70

Sağlamlıq imkanları məhdud uşaqların konserti olub

Dekabrın 6-də Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Bəstəkarlar Təşkilatının zalında Naxçıvan şəhərinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların konserti olub....

Ardını oxu...

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

07-12-2017 Hits:114

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Xanəgah Abidə Kompleksinə...

Ardını oxu...

Ustad dərsləri davam etdirilir

07-12-2017 Hits:50

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Babək Rayon Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçilib. Dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası...

Ardını oxu...

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərində konserti olub

06-12-2017 Hits:81

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının  Ordubad şəhərində konserti olub

Dekabrın 5-də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərindəki İnternat məktəbində konserti olmuşdur. Konsertdən əvvəl Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Ariz Ağayev çıxış edərək bildirib ki, muxtar respublikamızda uşaqların sağlam mühitdə...

Ardını oxu...

“Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcə…

06-12-2017 Hits:71

“Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcək işlər” mövzusunda dəyirmi masa keçirilib

Dekabrın 5-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində bu mövzuda dəyirmi masa keçirilib. Dəyirmi masanı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Qumral Məmiyeva açaraq qeyd edib ki,...

Ardını oxu...

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs keçi…

05-12-2017 Hits:159

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs keçirilib

Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs təşkil edilib. “Əbədiyaşar lider Heydər Əliyev” mövzusunda dinləyicilərə məlumat verən  muzeyin bələdçisi Əfsanə Məhərrəmova bildirib ki, ulu...

Ardını oxu...

Təqaüdçülər Klubunda konsert olub

02-12-2017 Hits:146

Təqaüdçülər Klubunda konsert olub

Muxtar respublikamızda ahıl vətəndaşların, eləcə də təqaüdçülərin asudə vaxtlarının mənalı və səmərəli keçirilməsi də diqqət mərkəzində olan sahələrdəndir. Əhalinin bu kateqoriyasından olan insanlara mədəni xidmət, onların istirahətinin səmərəli və mənalı...

Ardını oxu...

Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurs keçirilib

02-12-2017 Hits:162

Dekabrın 1-də Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində Kəngərli rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki...

Ardını oxu...
00150473
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
162
338
2556
7180
150473

Tarix: 17-12-2017
Biz, sosial şəbəkələrdə: