"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Rəqs kollektivlərinin ifaçılıq müsabiqəsinin seçim turu başa çatıb

Naxçıvanda rəqs kollektivlərinin ifaçılıq müsabiqələrinin seçim turu davam edirNoyabrın 24-də Şərur Rayon Mədəniyyət Sarayında, Kəngərli rayon Mədəniyyyət Evində Şərur, Kəngərli və Sədərək rayonlarının rəqs kollektivləri, Babək rayon Mədəniyyət Evində isə Babək və Şahbuz rayonlarından olan rəqs və yallı kollektivlərinin muxtar respublika üzrə keçirilən rəqs müsabiqəsinin seçim turu başa çatıb.

Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi milli mədəniyyətimizin tərkib hissəsi olan milli rəqslərimizi təbliğ etmək, istedadlı şəxsləri və rəqs ifaçılarını aşkara çıxarmaq, yaradıcı kollektivlərin potensialını istiqamətləndirmək və 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilmiş Naxçıvan şəhərində keçiriləcək mədəni tədbirlərə hazırlıqdır. Qeyd edək ki, müsabiqənin keçirilməsi üçün təşkilat komitəsi və münsiflər heyəti yaradılmış, nazirliyin əmri ilə əsasnamə təsdiq edilmişdir. Müsabiqədə muxtar respublikada fəaliyyət göstərən qeyri-peşəkar rəqs dərnəkləri, qrupları və kollektivləri iştirak edirlər. Müsabiqədə iştirak edəcək kollektiv üzvlərinə yaş həddi qoyulmamışdır. Əsasnamənin şərtlərinə əsasən kollektivlərin sayı, ifa olunacaq nömrələrin müddəti müəyyən edilmişdir. Seçim turunda fərqlənən kollektivlər münsiflər heyətinin qərarı ilə əsas turda iştirak etmək hüququ qazanırlar.

Ardını oxu...

Amerikalı jurnalist Piter Teys növbəti dəfə Naxçıvana səfərə gəlib-VİDEO

Naxçıvan Muxtar Respublikasının tarixi, abidələri, mədəniyyəti ilə bağlı dünyanın nüfuzlu mətbuat orqanlarında maraqlı məqalələrlə çıxış edən amerikalı tədqiqatçı, jurnalist Peter Tase Naxçıvanda səfərdədir.

Qonaq səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub, Qarabağlar türbə kompleksinə baxıb.

Həmin videomaterialı təqdim edirik.

Şahtaxtinskilər Muzeyi yenidən qurulub

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalıdırlar və tariximizə daxil olmalıdırlar.” 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamı ilə Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılan Şahtaxtinskilər Muzeyi də Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında mühüm xidmətləri olan Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malikdir. 

Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahtaxtinskilər Muzeyində olmuş, aparılan yenidənqurma işləri ilə maraqlanmışdır. 

Bildirilmişdir ki, muzeyin ekspozisiya zalı tamamilə yenidən qurulmuş, fond otağı yaradılmış, eksponatların ayrı-ayrı güşələr üzrə nümayişi təmin edilmişdir. Muzeyin güşələrində tanınmış dövlət xadimi və diplomat, beynəlxalq Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətlər göstərmiş Behbud ağa Şahtaxtinskinin, görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlının, Azərbaycan Xalq Cümhuriyyətinin maarif naziri, Azərbaycan parlamentinin ilk üzvlərindən Həmid ağa Şahtaxtinskinin, görkəmli rəssam Elmira Şahtaxtinskinin həyat və fəaliyyətini özündə əks etdirən məlumatlar, arxiv materialları, bu nəslin görkəmli nümayəndələrinin kitabları, eləcə də rəsm əsərləri toplanmışdır.

Ardını oxu...

Qarabağlar Türbə Kompleksində bərpa işləri davam etdirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" 2016-cı il iyulun 4-də Sərəncam imzalamış, bununla bağlı tədqiqat qrupu yaradılmışdır. Sərəncama uyğun olaraq ötən ildən etibarən Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin görkəmli nümunələrindən olan Qarabağlar Türbə Kompleksində bərpa işlərinə başlanmışdır.

Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabağlar Türbə Kompleksində olmuş, bərpa işlərinin gedişi və bundan əvvəl verdiyi tapşırıqların icrası ilə maraqlanmışdır. 

Məlumat verilmişdir ki, Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olan dünya əhəmiyyətli abidədə bərpa işləri elmi əsaslarla aparılır. Kompleks türbə, xanəgah və qoşa minarəli baştağdan ibarətdir. Bərpa işləri aparılarkən abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılır. Bu günədək türbənin kürsülük hissəsi və kaşılı örtükləri, eləcə də türbənin səthindəki həndəsi ornamentləri xatırladan kitabələr, qoşa minarəli baş tağı və xanəgahı bərpa olunmuşdur. 

Türbənin ətrafında da abadlıq işlərinin görülməsi və yaşıllıqların salınması nəzərdə tutulur. Hazırda ərazidə torpaq işləri görülmüş, kompleksə gedən yol genişləndirilmişdir.  

Ali Məclisin Sədri Qarabağlar türbəsindəki bərpa işlərinin gedişi  barədə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

 

 

Naxçıvan tam orta məktəblərinin şagirdləri Musiqi Kollecində olmuşlar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-X sinif şagirdlərinin orta-ixtisas təhsili müəssisələri ilə tanışlığı məqsədi ilə “Açıq qapı” günləri keçirilir.

Bu məqsədlə Naxçıvan şəhərindəki 2, 5 nömrəli orta məktəblərinin şagirdləri 8 noyabr, 11, 15 nömrəli tam orta məktəblərinin şagirdləri isə 23 noyabr tarixlərində Naxçıvan Musiqi Kollecində ekskursiyada olmuşlar. Ekskursiya zamanı Naxçıvan Musiqi Kollecinin direktoru Günay Əliyeva  Naxçıvan Musiqi Kolleci haqqında Naxçıvan şəhərindəki tam orta məktəblərin şagirdlərinə məlumat verərək bildirib ki, kollec Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1974-cü ildə yaradılıb. 1975-1976-cı tədris ilində 4 ixtisas üzrə fəaliyyətə başlayan kollec 1992-ci ilə qədər Naxçıvan Orta İxtisas Musiqi Texnikumu adlandırılıb. 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci adı ilə fəaliyyət göstərir. Hazırda kollecdə 10 ixtisas üzrə kadr hazırlığı aparılır. Ötən illər ərzində Naxçıvan Musiqi Kollecini 3000-dən çox məzun bitirmişdir. Məktəbin məzunları ölkəmizin mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq mədəniyyətin və incəsənətin inkişafında xidmət göstərirlər.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 29 mart 2015-ci il tarixli “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən bu musiqi təhsili ocağının yubileyi qədim diyarımızda geniş qeyd olunub.

Ardını oxu...

Ustad dərsləri davam etdirilir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçilib.

Dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova bildirib ki, bu dərslərin keçilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.

Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən vokal ixtisası üzrə Azərbaycan Respublikasının Əməkdar artistiTural Nəcəfov, fortepiano ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova, kamança ixtisası üzrə Naxçıvan şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əbülfət Babayev müəllim və şagirdlərə ustad dərsi keçiblər.

Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfov ustad dərsdə bildirib ki,vokal fənnini tədris edən müəllim üçün vokalın sirlərini, ifa tərzini, bəstəkarların üslubunu, səs tembrini düzgün ayırd etmək vacib məsələdir. Müəllim tədris prosesində şagirdə yalnız elmi bilikləri deyil, həm də anlatmalıdır ki, o müntəzəm olaraq tanınmış vokalçıların ifalarına qulaq asmalıdır.

Ardını oxu...

Prev Next

“Kaspi” qəzetində Flora Xəlilzadənin Bəhruz Kəngərlinin həyat və fəaliyyəti…

08-12-2017 Hits:46

Üzeyir Hacıbəyli musiqi mədəniyyətimizdə hansı zirvədədirsə, Bəhruz Kəngərli də təsviri sənətimizdə həmin ucalıqdadır Unudulmaz şairimiz İslam Səfərlinin səmimiyyət dolu bir şeirindən gətirdiyim nümunə ilə, əslində, etirafla başlamaq istəyirəm yazıma. Şair doğulduğu ana...

Ardını oxu...

Qədim diyarımız İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcəkdi…

08-12-2017 Hits:44

Qədim diyarımız İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcəkdir

Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli və dini dəyərlərin qorunmasında misilsiz xidmətlər göstərib. Ulu öndər İslam dininin...

Ardını oxu...

Sağlamlıq imkanları məhdud uşaqların konserti olub

07-12-2017 Hits:70

Sağlamlıq imkanları məhdud uşaqların konserti olub

Dekabrın 6-də Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Bəstəkarlar Təşkilatının zalında Naxçıvan şəhərinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların konserti olub....

Ardını oxu...

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

07-12-2017 Hits:114

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Xanəgah Abidə Kompleksinə...

Ardını oxu...

Ustad dərsləri davam etdirilir

07-12-2017 Hits:50

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Babək Rayon Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçilib. Dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası...

Ardını oxu...

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərində konserti olub

06-12-2017 Hits:81

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının  Ordubad şəhərində konserti olub

Dekabrın 5-də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərindəki İnternat məktəbində konserti olmuşdur. Konsertdən əvvəl Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Ariz Ağayev çıxış edərək bildirib ki, muxtar respublikamızda uşaqların sağlam mühitdə...

Ardını oxu...

“Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcə…

06-12-2017 Hits:71

“Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcək işlər” mövzusunda dəyirmi masa keçirilib

Dekabrın 5-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində bu mövzuda dəyirmi masa keçirilib. Dəyirmi masanı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Qumral Məmiyeva açaraq qeyd edib ki,...

Ardını oxu...

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs keçi…

05-12-2017 Hits:159

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs keçirilib

Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs təşkil edilib. “Əbədiyaşar lider Heydər Əliyev” mövzusunda dinləyicilərə məlumat verən  muzeyin bələdçisi Əfsanə Məhərrəmova bildirib ki, ulu...

Ardını oxu...

Təqaüdçülər Klubunda konsert olub

02-12-2017 Hits:146

Təqaüdçülər Klubunda konsert olub

Muxtar respublikamızda ahıl vətəndaşların, eləcə də təqaüdçülərin asudə vaxtlarının mənalı və səmərəli keçirilməsi də diqqət mərkəzində olan sahələrdəndir. Əhalinin bu kateqoriyasından olan insanlara mədəni xidmət, onların istirahətinin səmərəli və mənalı...

Ardını oxu...

Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurs keçirilib

02-12-2017 Hits:162

Dekabrın 1-də Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində Kəngərli rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki...

Ardını oxu...
00150473
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
162
338
2556
7180
150473

Tarix: 17-12-2017
Biz, sosial şəbəkələrdə: