"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Dadlı qış azuqəsi: qurut

Naxçıvanımızın zəngin mətbəx mədəniyyəti özünəməxsus yemək növləri, ləziz təamları ilə tanınır. Bu təamlar içərisində isə qış azuqəsi kimi  hazırlanan yemək növləri özünəməxsusluğu ilə seçilir. 

Haqqında bəhs edəcəyimiz qış yeməyi nənələrimizdən bizə yadigar qalan, qədim mətbəx mədəniyyətimizin ləziz nümunələrindən olan qurut aşı haqqında olacaq. Əsasən, dağ kəndlərində sevilən bu təam “kələgöş” və “cələcoş” adları ilə də tanınır. 

Bu haqda bizə məlumat verən Ordubad rayonunun Tivi kənd sakini Səbinə Haqverdiyeva deyir ki, kənddə yaşayan insanlar süd və süd məhsullarından hazırlanan ləziz təamlara daha çox üstünlük verirlər. Bulama, qatıq, pendir, qaymaq, ayran, şor, nehrə yağı, motal pendiri, motal şoru və onların əsasında hazırlanmış dovğa, doğramac, ayran aşı, qurut aşı və adını sadalaya biləcəyimiz bir çox ləziz təamlar bu gün də sevilərək yaşadılan mətbəx nümunələrimiz sırasındadır.

Həmsöhbətim bildirir ki, kənddə ağartı məhsulları əldə etmək üçün, əsasən, inək və camış südü işlədilir. Keçi və qoyun südündən isə daha çox pendir tutulur. Camış südü yağlı olduğundan onun qatığı qatı, qaymağı isə yağlı və dadlı olur. O deyir ki, kənd camaatı yalnız özləri hazır­ladıqları yağdan istifadə edir. Yağı isə qatığı nehrədə çalxalamaqla alırlar. Hazırda kənddə, əsasən, ağac nehrələrə üstünlük verilir.

Ardını oxu...

İfaçılıq müsabiqəsinin seçim turu başlayıb

Noyabrın 22-də Culfa Rayon Mədəniyyət Evində rəqs kollektivlərinin ifaçılıq müsabiqəsinin seçim turuna start verilib. 

Bu turda 8 rəqs kollektivi iştirak edib. Seçim turunda “Çiçəklər”, “Gülüstan”, “Buta” rəqs kollektivləri, “İncilər, qönçələr” yallı qrupu, “Əlincə”, “İgidlər” yallı kollektivi (Culfa rayonu), “Vənənd inciləri”, “Unus qönçələri” rəqs qrupları (Ordubad rayonu) öz istedadlarını göstəriblər. 

Kollektivlər “Nəlbəki”, “Dəsmal”, “Ağ çiçək”, “Yaylıq”, “Uzundərə” rəqslərini, “Köçəri”, “Tənzərə” yallılarını ifa ediblər. Seçim turunda Gülüstan kənd Mədəniyyət Evinin “Çiçəklər” rəqs qrupu “Nəlbəki”, bu mədəniyyət evinin “Gülüstan” rəqs kollektivi “Dəsmal” rəqsləri ilə fərqləniblər.

Bu gün isə Şərur Rayon Mədəniyyət Sarayında Şərur, Kəngərli və Sədərək rayonlarının rəqs kollektivləri, Babək Rayon Mədəniyyət Evində isə Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan rəqs və yallı kollektivləri seçim turunda iştirak edəcəklər.

Qeyd edək ki, müsabiqənin keçirilməsi üçün təşkilat komitəsi və münsiflər heyəti yaradılmış, nazirliyin əmri ilə əsasnamə təsdiq edilmişdir. Müsabiqədə muxtar respublikada fəaliyyət göstərən qeyri-peşəkar rəqs dərnəkləri, qrupları və kollektivləri iştirak edirlər. İştirakçılara yaş həddi qoyulmayıb. Seçim turunda fərqlənən kollektivlər münsiflər heyətinin qərarı ilə əsas turda iştirak etmək hüququ qazanacaqlar.

Müsabiqənin əsas turunun bu ilin dekabr ayının birinci ongünlüyündə Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulub.

Culfa rayonunda “Mən kinonu sevirəm” kinoviktorinası keçirilib

Noyabrın 21-də Naxçıvan Dövlət Film Fondunun və Culfa rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Mən kinonu sevirəm” kinoviktorinasının ilk seçim mərhələsi keçirilib.

Kinoviktorinada Culfa rayonunda fəaliyyət göstərən orta məktəblərin VII-X sinif şagirdlərinin kollektivləri iştirak ediblər. Kinoviktorinanın əsas məqsədi məktəblilərdə kinoya maraq oyatmaq və milli kino sənətimizi təbliğ etməkdir.

Rayon üzrə ikinci dəfə keçirilən kinoviktorinadaCulfa şəhər 3№-li tam orta məktəb, Ərəzin kənd tam orta məktəb, Yaycı kənd 2 №-li tam orta məktəb, Culfa şəhər 2 №-li tam orta məktəb, Bənəniyar kənd tam orta məktəb, Culfa şəhər 1 №-li tam orta məktəb, Göydərə kənd tam orta məktəb, Kırna kənd tam orta məktəb, Saltaq kənd tam orta məktəb, Gülüstan kənd tam orta məktəblərinin şagirdləri iştirak etmişlər.

Kinoviktorinanınseçim mərhələsində bu məktəblərin şagirdlərindən təşkil olunmuş komandalara 15 sual verilmiş və düzgün cavab vermiş komandalar qiymətləndirilmişlər.

Ardını oxu...

Türkiyənin Sabah qəzetində Naxçıvanla bağlı məqalə dərc olunub

Sabah qəzetinin köşə yazarlarından olan Veli Yalçın “NAHÇIVAN” başlıqlı məqaləsində  qədim diyarın turizm potensialından yazıb.

Müəllif məqaləsində Heydər Əliyev, Bəhruz Kəngərli və digər muzeylər barədə məlumat verib. Vurğulayıb ki, bütün muzeyləri  ödənişsiz ziyarət etmək olar.

Eləcə də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Möminə Xatun Türbəsi, Cümə məscidi, Xan sarayı, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və kompleksin yaxınlığında yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi barədə məlumatları diqqətə çatdırır. 

Müəllif həmçinin Duzdağ Fizioterapiya Mərkəzi, Duzdağ möcüzəsi  barədə  yazır.  Muxtar respublikanın turizm obyektlərini və eləcə də otellər şəbəkəsinin yüksək səviyyədə olduğunu qeyd edir.

Veli Yalçın yazır ki, Naxçıvanın turizm potensialı yüksək səviyədədi, yeməklər zövqə uyğundur. Böyük küçələr, səkilər, binalar, yaşıllıq sahələri və təmizlik adamı heyran edir. Əsas diqqətimi isə şəhərin olduqca təhlükəsiz, olması və insana rahatlıq bəxş etməsi çəkdi.

Ardını oxu...

Uşaq folkloru: dünənimiz, bu günümüz, sabahımız

Uşaq folkloru: dünənimiz, bu günümüz, sabahımızUşaq oyunları niyə lazımdır?

Çoxəsrlik tarixə malik, zəngin xalq yaradıcılığı nümunələri içərisində uşaq ədəbiyyatı xüsusi yer tutur. Folklor nümunələri müxtəlif yaş qruplarına daxil olan uşaqların tərbiyəsi üçün dəyərli bir mənbədir. Bütün bunlara görə, Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı nümunələrinin toplanması, öyrənilməsi və nəşri məsələlərini diqqətə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir”. Bu baxımdan xalq yaradıcılığı nümunələri bütövlüklə, xalqın istək, arzu və ideallarını, həyata və dünyaya baxış müstəvisini özündə əks etdirir, xeyir və şər, gözəllik və eybəcərliklə bağlı düşüncələr burada başlıca yer təşkil edir. 

Bu yaradıcılıq nümunələrində yeni nəslin nümayəndələri, gələcəyimiz olan uşaqlar haqqında düşüncə və maraqlar diqqət mərkəzində saxlanılır. İstər nağıl, istər tapmaca, istərsə də atalar sözləri, lətifələr və başqa nümunələrdə uşaq dünyası ilə bərabər, nümunəvi uşaq tərbiyəsi barədə də fikirlər üstün yer tutur. Məhz buna görə də şifahi ədəbiyyat böyüklərdən daha çox kiçikyaşlı uşaqlar üçün mənəvi qida, tərbiyə mənbəyidir. Uşaqların xəyal dünyası və zəkasına, fikir, düşüncə və maraqlarına uyğun məqamların çoxluq təşkil etdiyi bu nümunələr onlara yeni dünya, yeni baxış və xəyal üfüqləri açır.

Ardını oxu...

Naxçıvan Musiqi Kollecində Teodor Drayzerin “Dahi” romanının müzakirəsi keçirilib

Naxçıvan Musiqi  KollecindəMəmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Musiqi  Kollecində Teodor Drayzerin “Dahi” romanının müzakirəsi  keçirilib.

Tədbirdə  kitabxananın direktoru Aytəkin Qəhrəmanova, Naxçıvan Musiqi  Kollecinin direktoru Günay Məmmədova, kitabxananın  elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova və  kitabxananın əməkdaşı   Heyran Ələsgərova çıxış ediblər.

Çıxışlarda  Amerika yazıçısı  Teodor Drayzerin həyat və yaradıcılığından bəhs olunub.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə bu romanın oxunması zəruri olan kitablar siyahısına daxil edilməsi gənclərin mənəvi tərbiyəsinə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.

Ardını oxu...

Prev Next

“Kaspi” qəzetində Flora Xəlilzadənin Bəhruz Kəngərlinin həyat və fəaliyyəti…

08-12-2017 Hits:43

Üzeyir Hacıbəyli musiqi mədəniyyətimizdə hansı zirvədədirsə, Bəhruz Kəngərli də təsviri sənətimizdə həmin ucalıqdadır Unudulmaz şairimiz İslam Səfərlinin səmimiyyət dolu bir şeirindən gətirdiyim nümunə ilə, əslində, etirafla başlamaq istəyirəm yazıma. Şair doğulduğu ana...

Ardını oxu...

Qədim diyarımız İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcəkdi…

08-12-2017 Hits:40

Qədim diyarımız İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcəkdir

Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli və dini dəyərlərin qorunmasında misilsiz xidmətlər göstərib. Ulu öndər İslam dininin...

Ardını oxu...

Sağlamlıq imkanları məhdud uşaqların konserti olub

07-12-2017 Hits:67

Sağlamlıq imkanları məhdud uşaqların konserti olub

Dekabrın 6-də Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Bəstəkarlar Təşkilatının zalında Naxçıvan şəhərinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların konserti olub....

Ardını oxu...

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

07-12-2017 Hits:112

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Xanəgah Abidə Kompleksinə...

Ardını oxu...

Ustad dərsləri davam etdirilir

07-12-2017 Hits:49

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Babək Rayon Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçilib. Dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası...

Ardını oxu...

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərində konserti olub

06-12-2017 Hits:78

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının  Ordubad şəhərində konserti olub

Dekabrın 5-də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərindəki İnternat məktəbində konserti olmuşdur. Konsertdən əvvəl Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Ariz Ağayev çıxış edərək bildirib ki, muxtar respublikamızda uşaqların sağlam mühitdə...

Ardını oxu...

“Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcə…

06-12-2017 Hits:67

“Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcək işlər” mövzusunda dəyirmi masa keçirilib

Dekabrın 5-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində bu mövzuda dəyirmi masa keçirilib. Dəyirmi masanı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Qumral Məmiyeva açaraq qeyd edib ki,...

Ardını oxu...

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs keçi…

05-12-2017 Hits:156

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs keçirilib

Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs təşkil edilib. “Əbədiyaşar lider Heydər Əliyev” mövzusunda dinləyicilərə məlumat verən  muzeyin bələdçisi Əfsanə Məhərrəmova bildirib ki, ulu...

Ardını oxu...

Təqaüdçülər Klubunda konsert olub

02-12-2017 Hits:144

Təqaüdçülər Klubunda konsert olub

Muxtar respublikamızda ahıl vətəndaşların, eləcə də təqaüdçülərin asudə vaxtlarının mənalı və səmərəli keçirilməsi də diqqət mərkəzində olan sahələrdəndir. Əhalinin bu kateqoriyasından olan insanlara mədəni xidmət, onların istirahətinin səmərəli və mənalı...

Ardını oxu...

Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurs keçirilib

02-12-2017 Hits:158

Dekabrın 1-də Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində Kəngərli rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki...

Ardını oxu...
00149678
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
79
333
1761
6385
149678

Tarix: 15-12-2017
Biz, sosial şəbəkələrdə: