"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

İxtisasartırma kursunu bitirənlərə sertifikatlar verilib

Naxçıvan Musiqi Kollecində kitabxana işinin təşkili və müasir tələblər üzrə ixtisasartırma kursunu bitirən kitabxanaçılara sertifikatlar təqdim edilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm ­naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, nazirlik tərəfindən mütəmadi olaraq kitabxana işi ilə bağlı maarifləndirici tədbirlər keçirilir. Kitabxanaçılara elmi-metodik köməklik göstərilir, onların peşək­arlığı artırılır. Kitabxanalarda müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi bu mədəniyyət ocaqlarına oxucu cəlbində mühüm rol oynayır. Ancaq əldə olunanlarla kifayətlənməməli, kitabxana işi müasir tələblər səviyyəsində qurulmalı, kitabxanaçılar dövrlə ayaqlaşaraq innovativ metodlara və texnologiyalardan istifadəyə üstünlük verməlidirlər.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn vəzifələrin icrası təhsil və mədəniyyət müəssisələrində diqqətdə saxlanılır, kitab müzakirələri, mütaliə və nağıl günləri, səyyar kitab sərgiləri təşkil edilir. Təbii ki, bu prosesdə öz işini yaxşı bilən kitabxanaçılar mühüm rol oynayırlar. Bu günədək kitabxana işçiləri üçün 4 dəfə ongünlük kurs təşkil edilib. Həmin kurslarda 106 nəfər iştirak edib ki, onlardan da 96 kitabxanaçıya sertifikatlar təqdim edilib. Kurslarda kitabxana işinin elmi əsaslarla təşkili və idarə edilməsi, oxu zallarında oxuculara göstərilən xidmətin yüksək səviyyədə təşkil olunması, kitabişləmə, kitab fondlarının yaradılması, biblio­qrafiya işlərinin təşkili, ümumiyyətlə, kitabxana işi ilə əlaqədar olan bütün mövzular tədris edilib.

Ardını oxu...

Uşaqların tətil günləri mənalı keçir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulmuş, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili nəzərdə tutulmuşdur. Muxtar respublikamızda bu kateqoriyadan olan uşaqların təhsili, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, distant dərslərin keçirilməsi, onların idman məktəblərinə və məktəbdənkənar müəssisələrə cəlbi, istedadlarının üzə çıxarılması üçün bir sıra işlər görülür. Muxtar respublikamızda bu qəbildən olan uşaqların tarix-memarlıq abidələri və muzeylərlə tanışlığı, onlara tətil günlərində kino, konsert və teatr tamaşalarının göstərilməsi də diqqət mərkəzindədir.

Noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində sağlamlıq imkanları məhdud uşaqlar üçün Naxçıvan Dövlət Uşaq Filarmoniyasının konserti olmuşdur.

Ardını oxu...

Mədəni tədbirlərin əhatə dairəsi genişlənib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən oktyabr ayında da diqqət mərkəzində saxlanılıb, mədəniyyət müəssisələrində 40-dan çox konfrans, dəyirmi masa və yığıncaq keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş oxunması zəruri olan kitablarla bağlı konfrans və müzakirələr olub, kitabxanalarda 263 yeni oxucu qeydiyyata alınıb. 

Ötən ay “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinə start verilib, müsabiqənin ilk mərhələsi Ordubad rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib. Oktyabrın 24-də görkəmli şair-dramaturq Hüseyn Cavidin 135 illik yubileyi qeyd olunub, görkəmli ədibin “İblis” faciəsi əsasında hazırlanan tamaşa ictimaiyyətə təqdim olunub. Bu dövrdə muxtar respublikadakı muzeylərin fondlarına 85 eksponat daxil olub və muzeyləri 38 min 285 tamaşaçı ziyarət edib. Ziyarətçilərin 10 min 194-ü xarici ölkə vətəndaşı olub. 

Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsinə ay ərzində 12 min 393 baxış olub. Mərkəz tərəfindən Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, həmçinin xarici ölkələrə 246 məlumat göndərilib. Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 101 məlumat daxil edilib, 34 min 531 baxış olub, səhifə istifadəçilərinin sayı 2092 nəfərə, qrup üzvlərinin sayı isə 12 min 750-yə çatıb.

Naxçıvanda "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib

Noyabrın 18-də "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib.

Tədbirin aparıcıları Naxçıvanda ailə təsərrüfatlarının yaranması tarixindən və əhəmiyyətindən bəhs ediblər.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı  Nazirliyinin  şöbə  müdiri Ədalət Hüseynov festivalda çıxış edərək muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi, ailə təsərrüfatlarının yaradılması, daxili bazarın  idxaldan asılılığının azaldılması, eyni zamanda ixrac imkanlarının artırılması istiqamətində görülən tədbirlərdən danışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmiş, ailə təsərrüfatlarının fəaliyyəti ilə maraqlanmış, təsərrüfat sahibləri ilə söhbət etmiş, onların istehsal etdikləri məhsullardan almışdır.  

 Məlumat verilmişdir ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 284 ailə təsərrüfatı tərəfindən 14 növdə 249 çeşiddə 7538 qablaşdırılmış məhsul çıxarılmışdır. Naxçıvan qaymağı, xaması, qovurması, müxtəlif növ mürəbbə və şirniyyatları, Nehrəm pendiri, qatığı, Ordubad alanası, sucuğu, cəvizi, meyvə araqları, müxtəlif çeşidli ət və balıq məhsulları, eləcə də turşular, kompotlar, Naxçıvan təbiətinin nemətlərindən olan dərman bitkiləri festival iştirakçılarına təqdim olunurdu. Naxçıvanın zəngin mətbəx mədəniyyətinə malik olması tarixən bu ərazidə quru meyvəçiliyin inkişafına stimul vermişdir. Festivala ailə təsərrüfatları tərəfindən qablaşdırılmış alça, göycə, ərik, tut və digər meyvə quruları da çıxarılmışdı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib

Naxçıvan  Bayraq meydanıNoyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Gülbuta Babayeva açaraq bildirib ki, mənəviyyatımızın, azad və müstəqil milli düşüncəmizin ən şanlı təcəssümü olan Azərbaycan bayrağı 26 il bundan əvvəl, 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılmışdır. Bu günü üçrəngli bayrağımızın dövlətçilik tariximizə əbədi qayıdış günü də hesab etmək olar.

Qeyd edilib ki, müstəqilliyimizin bərpasından keçən dövr ərzində ölkəmizdə milli atributlarımıza böyük sevgi ilə yanaşılmışdır. Müstəqilliyimizin, dövlətçiliyimizin və milli dəyərlərimizin daşıyıcısı olan üçrəngli bayrağımıza ümumxalq sevgisinin formalaşdırılması Heydər Əliyev siyasi yolunun əsasını təşkil edir. Bu yolun uğurla davam etdirilməsinin nəticəsidir ki, 2007-ci ildə paytaxt Bakı şəhərində Bayraq Meydanı yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildiyi gündə – 2009-cu il noyabrın 17-də imzaladığı tarixi Sərəncam ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə, Naxçıvanda formalaşdırılan tarixi dövlətçilik ənənələrinə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir.

Ardını oxu...

Naxçıvandakı tarixi abidələrin qorunması və bərpası bir çox ölkələr üçün nümunədir

Noyabrın 15-16-da İsveçrə Konfederasiyasının Türkiyə Respublikasındakı səfirliyinin müdafiə məsələləri üzrə, eyni zamanda Gürcüstan və Azərbaycan respublikalarında akkreditə olunmuş ataşşesi Hans Eberhart Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaq muxtar respublikanın tarixi abidələri, eyni zamanda mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.

Naxçıvan Muxtar Respublikasından xoş təəssüratlarla ayrılan diplomat deyib: “Muxtar respublikaya səfərim çərçivəsində bir çox tarixi yerləri böyük həvəslə gəzdim. Buradakı muzeylər Naxçıvanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunun göstəricisidir. Möhtəşəm Əlincəqala isə əzəməti ilə məni valeh etdi. Bu qala xalqınızın mübarizlik rəmzidir. Düşünürəm ki, Naxçıvandakı tarixi abidələrin qorunması, bu cür bərpa edilməsi bir çox ölkələr üçün nümunə olmalıdır. Mənim diqqətimi cəlb edən digər bir məqam isə naxçıvanlıların çox mehriban və gülərüz olmasıdır. Bu səmimiyyətə və qonaqpərvərliyə görə hər kəsə öz minnətdarlığımı bildirirəm”.

Prev Next

“Kaspi” qəzetində Flora Xəlilzadənin Bəhruz Kəngərlinin həyat və fəaliyyəti…

08-12-2017 Hits:43

Üzeyir Hacıbəyli musiqi mədəniyyətimizdə hansı zirvədədirsə, Bəhruz Kəngərli də təsviri sənətimizdə həmin ucalıqdadır Unudulmaz şairimiz İslam Səfərlinin səmimiyyət dolu bir şeirindən gətirdiyim nümunə ilə, əslində, etirafla başlamaq istəyirəm yazıma. Şair doğulduğu ana...

Ardını oxu...

Qədim diyarımız İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcəkdi…

08-12-2017 Hits:40

Qədim diyarımız İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcəkdir

Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli və dini dəyərlərin qorunmasında misilsiz xidmətlər göstərib. Ulu öndər İslam dininin...

Ardını oxu...

Sağlamlıq imkanları məhdud uşaqların konserti olub

07-12-2017 Hits:67

Sağlamlıq imkanları məhdud uşaqların konserti olub

Dekabrın 6-də Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Bəstəkarlar Təşkilatının zalında Naxçıvan şəhərinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların konserti olub....

Ardını oxu...

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

07-12-2017 Hits:112

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Xanəgah Abidə Kompleksinə...

Ardını oxu...

Ustad dərsləri davam etdirilir

07-12-2017 Hits:49

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Babək Rayon Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçilib. Dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası...

Ardını oxu...

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərində konserti olub

06-12-2017 Hits:78

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının  Ordubad şəhərində konserti olub

Dekabrın 5-də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərindəki İnternat məktəbində konserti olmuşdur. Konsertdən əvvəl Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Ariz Ağayev çıxış edərək bildirib ki, muxtar respublikamızda uşaqların sağlam mühitdə...

Ardını oxu...

“Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcə…

06-12-2017 Hits:67

“Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcək işlər” mövzusunda dəyirmi masa keçirilib

Dekabrın 5-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində bu mövzuda dəyirmi masa keçirilib. Dəyirmi masanı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Qumral Məmiyeva açaraq qeyd edib ki,...

Ardını oxu...

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs keçi…

05-12-2017 Hits:156

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs keçirilib

Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs təşkil edilib. “Əbədiyaşar lider Heydər Əliyev” mövzusunda dinləyicilərə məlumat verən  muzeyin bələdçisi Əfsanə Məhərrəmova bildirib ki, ulu...

Ardını oxu...

Təqaüdçülər Klubunda konsert olub

02-12-2017 Hits:144

Təqaüdçülər Klubunda konsert olub

Muxtar respublikamızda ahıl vətəndaşların, eləcə də təqaüdçülərin asudə vaxtlarının mənalı və səmərəli keçirilməsi də diqqət mərkəzində olan sahələrdəndir. Əhalinin bu kateqoriyasından olan insanlara mədəni xidmət, onların istirahətinin səmərəli və mənalı...

Ardını oxu...

Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurs keçirilib

02-12-2017 Hits:158

Dekabrın 1-də Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində Kəngərli rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki...

Ardını oxu...
00149676
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
77
333
1759
6383
149676

Tarix: 15-12-2017
Biz, sosial şəbəkələrdə: