"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Şərur şəhərində konserti olub

Noyabrın 16-da Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Şərur şəhərindəki “Bahar” kinoteatrında konserti olmuşdur. Konsertdən əvvəl Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Ariz Ağayev çıxış edərək bildirib ki, muxtar respublikamızda uşaqların sağlam mühitdə böyümələri və təhsil almaları üçün gözəl şərait yaradılmışdır. İstedadlı uşaqların üzə çıxarılması ilə bərabər həm də yeni nəslin asudə vaxtının səmərəli təşkili də bu gün diqqət mərkəzində olan sahələrdəndir. Bunun üçün muxtar respublikamızda bir sıra infrastruktur sahələri yaradılmış və onların istifadəsinə verilmişdir.

Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyası da belə mədəniyyət müəssisələrindən biridir. Filarmoniyada uşaqların yaradıcılıq potensialını və istedadını göstərməsi üçün hər cür şərait yaradılmışdır. Burada uşaqlardan ibarət xalq çalğı alətləri ansamblı, kamera orkestri, mahnı və rəqs ansamblı, xor kollektivi, muğam ifaçıları fəaliyyət göstərir. Gənc istedadların konsertləri təşkil edilir, onların istedadlarını göstərməsi üçün müxtəlif tədbirlər həyata keçirilir.

Ardını oxu...

Dədə Qorqud abidəsi milli kimliyimizə ucaldılan abidədir

Naxçıvan şəhərinin “Təbriz” küçəsində ucaldılan ulu Dədə Qorqudun əzəmətli abidəsi muxtar respublikamıza gələn qonaqların da, yerli sakinlərin də sevimli ziyarət məkanına çevrilib. Dədə Qorqud Türk dünyasının ortaq dəyəri olduğu üçün, xüsusilə Türkiyədən, İrandan, Orta Asiya ölkələrindən gələn qonaqlar bu abidəni xüsusi ehtiramla yad edir, önünə gül-çiçək dəstələri qoyurlar.

Ümumiyyətlə, şəhərimizdə ucaldılan hər bir abidənin öz ruhu, öz səsi vardır. Əgər şəhərin bir səmtində xalq qəhrəmanı Babək at üstündə əlində qılınc düşmənlərə meydan oxuyursa, o biri tərəfində Koroğlu Qıratın belində xalqımızın qəhrəmanlıq tarixini dünyaya tanıdır. Dədə Qorqud abidəsi isə xalqımızın saza, sözə, tarixi keçmişimizə verdiyi dəyərin bariz nümunəsidir. Müəllifi Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərov olan abidənin hündürlüyü 5 metrdən çoxdur. Postamentin üzərində əlində qopuz tutmuş Dədə Qorqud dərin düşüncəyə qərq olmuş halda təsvir edilib. Abidə 1999-cu ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə yaradılıb.

Ardını oxu...

Uşaqların asudə vaxtları səmərəli keçir

Naxçıvan Muxtar Respublikası M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlara tanınmış şairə-dramaturq Kəmalə Ağayevanın “Göyçək Fatma” tamaşası göstərilmişdir.

Tamaşada cərəyan edən hadisələr məişətdə baş verən münaqişələr üzərində qurulmuşdur. Kiçik bir ailədə baş verən münaqişə getdikcə böyüyür, bütün xeyirxah qüvvələr bu ədalətsizlik əleyhinə çevrilir. Fatma gözəl və nəcib insani keyfiyyətlərə malikdir. Lakin bu gözəllik, nəciblik anası öldükdən sonra ona fəlakət gətirir. Tamaşanın nikbin sonluqla bitməsi xeyrin şər qüvvələr üzərində qələbəsi kimi səslənir.

Tamaşada Göyçək Fatma rolunu gənc aktrisa Ləman Əhmədova canlı və təbii təqdim edir. Aktrisalar Ulduz Süleyman­ova (ögey ana), Vəsmə Quliyeva (ögey bacı) balaca Fatmanın taleyinə acımayan, ona əzab verən personajlardır. 

Ardını oxu...

Teatr dağ kəndində tamaşa göstərib

Noyabrın 15-də M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Göyçək Fatma” tamaşasını Şahbuz rayonundakı Gömür kənd tam orta məktəbinin şagirdlərinə göstərmişdir. Qeyd edək ki, bundan əvvəl Naxçıvan Dövlət Kukla Teatrı rayonun sərhəd kəndi olan Şada tam orta məktəbinin şagirdləri qarşısında bu tamaşanı nümayiş etdirmişdi.

Tamaşadan əvvəl teatrın bədii rəhbər – direktoru, Xalq artisti Şirzad Abutalıbov çıxış edərək balaca tamaşaçılara Naxçıvan Dövlət Kukla Teatrının keçdiyi yaradıcılıq yolu haqqında qısa məlumat verib. Qeyd edilib ki, teatr uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, estetik zövqünün formalaşmasında mühüm rol oynamışdır. 1989-cu ildə yaradılan teatr xarici ölkələrdə də qastrol səfərlərində olmuş və teatr festivallarında iştirak edərək tamaşaçı sevgisi qazanıb.

Nağılda olduğu kimi “Göyçək Fatma” tamaşasında da ictimai məsələlər, məişətdə baş verən ədalətsizliklər fonunda göstərilir. Tamaşada cərəyan edən hadisələr məişətdə baş verən münaqişələr üzərində qurulmuşdur. Kiçik bir ailədə baş verən münaqişə getdikcə böyüyür, həddini aşır, bütün xeyirxah qüvvələr bu ədalətsizlik əleyhinə çevrilir. Fatma gözəl və nəcib insani sifətlərə malikdir. Lakin bu gözəllik, nəciblik anası öldükdən sonra ona fəlakət gətirir. Tamaşanın nikbin sonluqla bitməsi xeyrin şər qüvvələr üzərində qələbəsi kimi səslənir.

Ardını oxu...

“Çimnaz xanım yuxudadır” komediyası tamaşaçılara təqdim edilib

Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı Xalq şairi Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşasını Kəngərli Rayon Mədəniyyət Evində nümayiş etdirib. 

Tamaşada hadisələr Qafarın (aktyor Akif Əsədov) evində cərəyan edir. Çimnaz xanımı (aktrisa Maral Rzayeva) ehtiyac üzündən 16 yaşında ikən sevmədiyi Qafara ərə veriblər. Çimnaz gözəl, əxlaqlı xanımdır. Qafar isə xoşagəlməz davranışı ilə onu bezdirir və yaşına uyğun olmayan hərəkətlər edir. Çimnaz xanım qulluqçusu Nabatı (ak­trisa Nurdinar Kərimova) sevdiyi Əliyə (aktyor Sultan Səfərov) ərə vermək istəyir.

Çimnaz xanımın teatr həvəskarı kimi evində qurduğu oyun əsərin əsas mövzusudur. O, qulluqçusu Nabatı başa salır ki, əri Qafar evə gələndə ona desin ki, xanımın başı ağrıdığı üçün yatıb, onu narahat etməsin. Tamaşadakı gülməli hadisələr də bundan sonra başlayır.

Səhnə əsərində insanların dünya­görüşündə meydana gələn dəyişiklik və yeniliyin ilk nişanələri əks etdirilir ki, bu da yeni ictimai-siyasi quruluşdan irəli ­gələn əsas tendensiyaların ilk ­ünsürlərindəndir.

Ardını oxu...

Bayraq milli kimliyimizin simvolu, xalqımızın zəfər rəmzidir

Dövlət Bayrağı Muzeyində dəyərli eksponatlar saxlanılır

Xalqımızın ləyaqətli, tükənməz duyğularından biri, heç şübhəsiz, bayraq sevgisidir. Bu sevgi tarix boyunca Azərbaycan xalqının canından belə əziz tutduğu müqəddəs duyğu olub, böyük dəyərə çevrilib. Vətənin bütövlüyünü, millətin müstəqilliyini ifadə edən bayraq əsrlər boyu xalqın milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının milli ideologiyası kimi dəyərləndirilib. 

1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı zirvələrə ucaldılıb. Ümummilli liderimizin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət bayrağımız milli suverenliyimizin simvolu kimi təsdiq olunub. Həmin dövrdən başlayaraq bayrağımızın qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncam imzalanıb. Bu gün dövlətçiliyimizin, milli dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza həmin ehtiramın davamı kimi ölkə Prezidentinin müvafiq sərəncamları ilə bir sıra təqdirəlayiq işlər görülür, genişmiqyaslı tədbirlər həyata keçirilir. Elə paytaxt Bakı şəhərində Bayraq Meydanının yaradılması bayrağımıza olan sevgi və ehtiramın göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

Prev Next

“Kaspi” qəzetində Flora Xəlilzadənin Bəhruz Kəngərlinin həyat və fəaliyyəti…

08-12-2017 Hits:46

Üzeyir Hacıbəyli musiqi mədəniyyətimizdə hansı zirvədədirsə, Bəhruz Kəngərli də təsviri sənətimizdə həmin ucalıqdadır Unudulmaz şairimiz İslam Səfərlinin səmimiyyət dolu bir şeirindən gətirdiyim nümunə ilə, əslində, etirafla başlamaq istəyirəm yazıma. Şair doğulduğu ana...

Ardını oxu...

Qədim diyarımız İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcəkdi…

08-12-2017 Hits:44

Qədim diyarımız İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcəkdir

Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli və dini dəyərlərin qorunmasında misilsiz xidmətlər göstərib. Ulu öndər İslam dininin...

Ardını oxu...

Sağlamlıq imkanları məhdud uşaqların konserti olub

07-12-2017 Hits:70

Sağlamlıq imkanları məhdud uşaqların konserti olub

Dekabrın 6-də Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Bəstəkarlar Təşkilatının zalında Naxçıvan şəhərinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların konserti olub....

Ardını oxu...

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

07-12-2017 Hits:114

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Xanəgah Abidə Kompleksinə...

Ardını oxu...

Ustad dərsləri davam etdirilir

07-12-2017 Hits:50

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Babək Rayon Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçilib. Dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası...

Ardını oxu...

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərində konserti olub

06-12-2017 Hits:81

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının  Ordubad şəhərində konserti olub

Dekabrın 5-də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərindəki İnternat məktəbində konserti olmuşdur. Konsertdən əvvəl Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Ariz Ağayev çıxış edərək bildirib ki, muxtar respublikamızda uşaqların sağlam mühitdə...

Ardını oxu...

“Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcə…

06-12-2017 Hits:71

“Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcək işlər” mövzusunda dəyirmi masa keçirilib

Dekabrın 5-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində bu mövzuda dəyirmi masa keçirilib. Dəyirmi masanı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Qumral Məmiyeva açaraq qeyd edib ki,...

Ardını oxu...

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs keçi…

05-12-2017 Hits:159

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs keçirilib

Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs təşkil edilib. “Əbədiyaşar lider Heydər Əliyev” mövzusunda dinləyicilərə məlumat verən  muzeyin bələdçisi Əfsanə Məhərrəmova bildirib ki, ulu...

Ardını oxu...

Təqaüdçülər Klubunda konsert olub

02-12-2017 Hits:146

Təqaüdçülər Klubunda konsert olub

Muxtar respublikamızda ahıl vətəndaşların, eləcə də təqaüdçülərin asudə vaxtlarının mənalı və səmərəli keçirilməsi də diqqət mərkəzində olan sahələrdəndir. Əhalinin bu kateqoriyasından olan insanlara mədəni xidmət, onların istirahətinin səmərəli və mənalı...

Ardını oxu...

Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurs keçirilib

02-12-2017 Hits:162

Dekabrın 1-də Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində Kəngərli rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki...

Ardını oxu...
00150473
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
162
338
2556
7180
150473

Tarix: 17-12-2017
Biz, sosial şəbəkələrdə: