"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Dövlət Tarix Muzeyinə sakinlər tərəfindən 156 eksponat təqdim olunub

Naxçıvan Dövlət Tarix Muzeyinə  daha 156  eksponat təqdim edilibNoyabrın 8-də Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayonunun Gilançay kənd sakini Xəyal Fətəliyev, Naxçıvan şəhər sakini Sədi Məmmədov, Babək rayon sakini İnayət Fətullayev, Şahbuz şəhər sakini Şahin Orucov, Culfa rayonunun Ərəzin kənd sakini Mahmud Zeynalov tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən mis və saxsı məişət əşyaları, kənd təsərrüfatı alətləri, toxuculuq alətləri və sair olmaqla, 156 eksponat Naxçıvan Dövlət Tarix Muzeyinə təqdim edilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, 5 minillik tarixi olan, özündə qədim, antik və orta əsr şəhər mədəniyyətini əks etdirən, tarixin müxtəlif dövrlərində Atabəylər dövlətinin, Naxçıvan xanlığının paytaxtı olmuş qədim Naxçıvan şəhəri tarix və mədəniyyət abidələri ilə də zəngindir. Arxeoloji ekspedisiyalar zamanı tapılmış yüzlərlə gil qab, boyalı qablar, tunc heykəllər, əşyalar və bəzək nümunələri vaxtilə bu torpaqda müxtəlif mədəniyyətlərin mövcudluğunu göstərir. Nuh Peyğəmbərin qəbrinin burada olması, Gəmiqaya ərazisindəki məşhur qayaüstü rəsmlər Naxçıvanı bəşər sivilizasiyasının mühüm ocaqlarından biri kimi tanımağa imkan verir. Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, burada xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 minə yaxın maddi-mədəniyyət nümunəsi mühafizə olunaraq qorunub saxlanılır. Əgər müstəqillik illərinə qədər muxtar respublika ərazisində 13 muzey fəaliyyət göstərirdisə, müstəqillik dövrünə qədəm qoyduqdan sonra Naxçıvanın tarixini və görkəmli şəxsiyyətlərinin yaradıcılığını əks etdirən 16 muzey yaradılıb.

Ardını oxu...

Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ədəbi-musiqili gecə keçirilib

Noyabrın 7-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında xalq artisti, bəstəkar Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ədəbi-musiqili gecə keçirilmişdir.

Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Ədəbi hissədə musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Ecazkar sənətkar Tofiq Quliyev", kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Nəğmə dolu bir ürək"  adlı mövzularla çıxış etmişdirlər.

Çıxışlarda bildirilmişdir ki, Azərbaycan estrada musiqisinin yaradıcılarından biri Tofiq Quliyev özünəməxsus orijinal üsluba malik sənətkar kimi çoxəsrlik milli mədəniyyət salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Onun xalqımızın mədəni sərvətlər xəzinəsini zənginləşdirən və müxtəlif nəsillərə mənsub ifaçıların repertuarında bu gün də geniş yer tutan ayrı-ayrı janrlardakı rəngarəng əsərləri insanlarda milli-mənəvi dəyərlərə bağlılıq və yüksək estetik-bədii zövq aşılayır. Çoxları yorğun olanda, yaxud kədərli anlarında böyük bəstəkar, xalq artisti Tofiq  Quliyevin mahnılarını dinləməyi xoşlayırlar. Bu mahnılar adama ana laylası qədər doğmadır.

Ardını oxu...

Naxçıvan Dövlət Rəsm Qalereyasında seminar-treninq keçirilib

“Müasir cəmiyyətdə muzeylərin sosial-mədəni rolunun əhəmiyyətli dərəcədə yüksəlməsi onları mədəni proseslərin fəal iştirakçısına çevirir. Müasir dövrdə muzey keçmiş haqqında xatirələri öz divarları arasında saxlamağa qadir olan, mədəni irsi qoruyan mədəniyyət ocağı rolunu oynamaqdadır. Günümüzdə özünü göstərən sosial-iqtisadi inkişaf muzeylər qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrdən biri də muzey bələdçilərinin peşəkarlıq qabiliyyətinin inkişaf etdirilməsi işidir”.

Bu fikirlər noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında muzey bələdçiləri üçün keçirilən seminar-treninqdə səsləndirilib.

Nazirliyin sisteminə daxil olan muzeylərin bələdçilərinin iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışan nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Muzeylərə bu gün xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Bu isə öz növbəsində muzey işçilərinin, muzey bələdçilərinin daha fəal və daha məsuliyyətlə çalışmalarını, həmçinin eksponatların təqdimatında səlis və anlaşıqlı nitq qabiliyyətinin inkişaf etdirilməsini zəruri edir.

Ardını oxu...

Şərur rayonunun Ələkli kəndi müasir yaşayış məntəqəsinə çevrilib

Muxtar respublikanın kəndlərində müasir infrastrukturun yaradılması və yeni sosial obyektlərin istifadəyə verilməsi insan amilinə göstərilən dəyərin daha bir ifadəsidir. Aparılan quruculuq işləri kəndlərdə idarəetmənin səmərəli təşkilinə, gənc nəslin hərtərəfli təhsil almasına, məskunlaşmanın artmasına, sakinlərin isə rahat və firavan yaşayışına xidmət edir. Muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonuna da bu inkişaf və tərəqqidən pay düşmüşdür. Son illər rayonun kəndlərində kompleks quruculuq işləri aparılmışdır. 

Noyabrın 6-da Şərur rayonunun Ələkli kəndində yeni sosial obyektlərin açılışı olmuşdur. 

Ələkli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir

Noyabrın 6-da Ələkli kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikanın digər yaşayış məntəqələri kimi, Şərur rayonu da yeni inkişaf mərhələsinə yüksəlmişdir. Kəndlərin abadlaşması, fərdi təsərrüfatların genişlənməsi və yeni iş yerlərinin açılması insanların rahat yaşayışına və məskunlaşmanın artmasına səbəb olmuşdur. Bu ilin ötən dövründə Şərur rayonunda 3 məktəb binası, 3 kənd mərkəzi, 3 xidmət mərkəzi, rayon Mərkəzi Xəstəxanası tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda Ərəbyengicə kəndində tam orta məktəbin, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzinin tikintisi, Yengicə kəndində XVIII əsrə aid hamamın bərpası, Şərur şəhərində 60 mənzilli yaşayış binasının yenidən qurulması, eləcə də Şərur şəhərinin içməli su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilir. 

Ələkli kənd tam orta məktəbinin direktoru İsrafil Quliyev demişdir ki, geniş quruculuq işlərinin aparılması Ələkli kəndini müasir kəndlərin sırasına qoşub. Kənddə müasirtipli məktəb binasının istifadəyə verilməsi təhsilin inkişafına göstərilən qayğının davamıdır. İsrafil Quliyev yaradılan hərtərəfli tədris şəraitinə görə kollektiv adından minnətdarlıq etmişdir. 

Ardını oxu...

Naxçıvan Dövlət Musiqili Dram Teatrı qastrol səfərlərinə başlayıb

Naxçıvan Dövlət Musiqili Dram teatrıNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq hər il müxtəlif janrlarda əsərlər seçilərək Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulur. Belə nümunələrdən biri də belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Metterlinqin “Göy quş” fəlsəfi əsəri əsasında hazırlanmış tamaşadır.

İyulun 26-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Metterlinqin “Göy quş” əsərinin tamaşasına ictimai baxış olmuş və tamaşa geniş tamaşaçı kütləsinə təqdim olunmuşdur.

Ardını oxu...

“Əbədi ezamiyyət” sənədli filmi Şərurda nümayiş etdirilib

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan kinosu günü layihəsi çərçivəsində Şərur rayon Aralıq kənd Mədəniyyət evində Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Əbədi ezamiyyət” sənədli filmini nümayiş etdirmişdir. 

Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına əsasən  hər həftənin beşinci günü Azərbaycan kinosu günü keçirilir. Bu kino günlərində xalqımızın tarixi, bu günü ilə bağlı bədii və sənədli filmlər nümayiş etdirilir. Bu gün nümayiş etdiriləcək “Əbədi ezamiyyət” filmi yeni çəkilmiş sənədli filmlərimizdən biri olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuşdur.

Bildirilib ki, filmin yaradıcıları tarixi faktlara əsaslanaraq cümhuriyyət uğrunda bütün çətinliklərə sinə gərən fədakar insanların həyat yolundan söhbət açmışlar.

Filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fariz Əhmədov, quruluşçu operatoru Rəşad Nuriyev, baş prodüseri Arzu Əliyeva və filmin məsləhətçisi, həmçinin baş rolun ifaçısı Tahir Əliyevdır.

Ardını oxu...

Prev Next

“Kaspi” qəzetində Flora Xəlilzadənin Bəhruz Kəngərlinin həyat və fəaliyyəti…

08-12-2017 Hits:46

Üzeyir Hacıbəyli musiqi mədəniyyətimizdə hansı zirvədədirsə, Bəhruz Kəngərli də təsviri sənətimizdə həmin ucalıqdadır Unudulmaz şairimiz İslam Səfərlinin səmimiyyət dolu bir şeirindən gətirdiyim nümunə ilə, əslində, etirafla başlamaq istəyirəm yazıma. Şair doğulduğu ana...

Ardını oxu...

Qədim diyarımız İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcəkdi…

08-12-2017 Hits:44

Qədim diyarımız İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcəkdir

Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli və dini dəyərlərin qorunmasında misilsiz xidmətlər göstərib. Ulu öndər İslam dininin...

Ardını oxu...

Sağlamlıq imkanları məhdud uşaqların konserti olub

07-12-2017 Hits:70

Sağlamlıq imkanları məhdud uşaqların konserti olub

Dekabrın 6-də Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Bəstəkarlar Təşkilatının zalında Naxçıvan şəhərinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların konserti olub....

Ardını oxu...

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

07-12-2017 Hits:114

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Xanəgah Abidə Kompleksinə...

Ardını oxu...

Ustad dərsləri davam etdirilir

07-12-2017 Hits:50

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Babək Rayon Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçilib. Dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası...

Ardını oxu...

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərində konserti olub

06-12-2017 Hits:81

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının  Ordubad şəhərində konserti olub

Dekabrın 5-də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərindəki İnternat məktəbində konserti olmuşdur. Konsertdən əvvəl Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Ariz Ağayev çıxış edərək bildirib ki, muxtar respublikamızda uşaqların sağlam mühitdə...

Ardını oxu...

“Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcə…

06-12-2017 Hits:71

“Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcək işlər” mövzusunda dəyirmi masa keçirilib

Dekabrın 5-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində bu mövzuda dəyirmi masa keçirilib. Dəyirmi masanı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Qumral Məmiyeva açaraq qeyd edib ki,...

Ardını oxu...

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs keçi…

05-12-2017 Hits:159

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs keçirilib

Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs təşkil edilib. “Əbədiyaşar lider Heydər Əliyev” mövzusunda dinləyicilərə məlumat verən  muzeyin bələdçisi Əfsanə Məhərrəmova bildirib ki, ulu...

Ardını oxu...

Təqaüdçülər Klubunda konsert olub

02-12-2017 Hits:146

Təqaüdçülər Klubunda konsert olub

Muxtar respublikamızda ahıl vətəndaşların, eləcə də təqaüdçülərin asudə vaxtlarının mənalı və səmərəli keçirilməsi də diqqət mərkəzində olan sahələrdəndir. Əhalinin bu kateqoriyasından olan insanlara mədəni xidmət, onların istirahətinin səmərəli və mənalı...

Ardını oxu...

Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurs keçirilib

02-12-2017 Hits:162

Dekabrın 1-də Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində Kəngərli rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki...

Ardını oxu...
00150474
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
163
338
2557
7181
150474

Tarix: 17-12-2017
Biz, sosial şəbəkələrdə: