"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın III mərhələsi Ordubad rayonunda keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin təşkilatçılığı ilə keçirilən “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın III mərhələsi Ordubad şəhərindəki mədəniyyət evində keçirilib. 

Məlumat üçün bildirək ki, müsabiqənin keçirilməsində məqsəd milli musiqi mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi, həmçinin xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı şəxslərin aşkara çıxarılması və onların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir. Müsabiqənin əsas turunun birinci mərhələsinə aprel ayının 29-da Naxçıvan şəhərində start verilib.

Əsasnaməyə əsasən, müsabiqənin təşkilat komitəsi və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqədə iştirak edənlərə yaş həddi və təhsil məhdudiyyəti qoyulmayıb. Müsabiqədə münsiflər heyətinin üzvü olan müəllimlərin öz tələbələrinə səs verməsi məhdudlaşdırılıb. Müsabiqənin gedişində konsertə qədər iştirakçılar həftədə iki dəfə olmaqla peşəkar müəllimlərin rəhbərliyi altında ansamblla məşq edirlər. Əsas tur ayda bir dəfə olmaqla, 7 mərhələdə və hər mərhələ növbə ilə muxtar respublikanın bir rayonunda təşkil edilir. Müsabiqənin yekun konsertinin noyabr ayında Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulub. Qaliblər yekun konsertində mükafatlandırılacaqlar. Tədbirdən əvvəl aparıcılar bildiriblər ki, Azərbaycan xalqının zəngin folklorunda xalq mahnıları xüsusi yer tutur. Janr rəngarəngliyinə, forma və bədii xüsusiyyətlərinə görə seçilən bu mahnılar xalqımızın milli dəyərlərini, adət-ənənələrini özündə ehtiva edir. Azərbaycan xalqının qədim və zəngin musiqi yaradıcılığında özünəməxsus yeri və rolu olan xalq mahnıları ürəkaçan melodiyaları, poetik obrazları ilə hər bir dinləyicinin qəlbinə yol tapır. Aparıcılar müsabiqənin münsiflər heyətini tamaşaçılara təqdim ediblər. Sonra əsas turun ikinci mərhələsində iştirak etmiş ifaçılar haqqında qısa məlumat verilib, onların II mərhələdə topladıqları ballar bir daha elan olunub. Sonra qəlbləri riqqətə gətirən xalq mahnıları səsləndirilib. Tarda Sərxan Abdullayevin, kamançada Nurlan Nuriyevin, udda Cəlil İsmayılovun, qanunda Günel Fərəcovanın, balabanda Nihad Quliyevin, nağarada Mahir Rüstəmovun müşayiəti ilə müsabiqə iştirakçıları Mürsəl Tağılı (Şahbuz rayonu, Yuxarı Qışlaq kəndi, 50 bal) “Küçələrə su səpmişəm”, İlham Məmmədov (Kəngərli rayonu, Böyükdüz kəndi, 55 bal) “Ay dili-dili”, Fərman Allahverdiyev (Şərur rayonu, Tənənəm kəndi, 50 bal) “Çalpapaq”, Məhərrəm Quliyev (Culfa rayonu, Bənəniyar kəndi, 48 bal) “O yana döndər məni”, Aqil Adilzadə (Culfa rayonu, Bənəniyar kəndi, 46 bal) “Getdi yar”, Əsmər Hüseynova (Ordubad şəhəri, 55 bal) “Dağlardan aşdım”, Araz Cabbarov (Şahbuz rayonu, Keçili kəndi, 52 bal) “Qarabağ şikəstəsi”, Fuad Qədimov (Sədərək rayonu, Qaraağac kəndi, 50 bal) “Gedirəm axı”, Bəhruz Quliyev (Culfa rayonu, Saltaq kəndi, 51 bal) “Sevgili yar”, Elmar Qasımov (Naxçıvan şəhəri, 54 bal) “Yeri dam üstə yeri”, Rəşad Nəcəfov (Culfa şəhəri, 49 bal) “Qaragilə”, Təyyar Mədətli (Şahbuz rayonu, Kolanı kəndi, 46 bal) “Qaçaq Nəbi”, Səfər Cəfərov (Babək rayonu, Nehrəm kəndi, 52 bal) “Sudan gələn sürməli qız”, Ataxan Quliyev (Naxçıvan şəhəri, 55 bal) “Güllü qafiyə”, Yusif Hacıyev (Naxçıvan şəhəri, 53 bal) “Aman təklik əlindən”Azərbaycan xalq mahnılarını ifa ediblər. Budəfəki mərhələdə iştirakçılar arasında yaşca ən balaca olan Təyyar Mədətli, Səfər Cəfərov, Ataxan Quliyev, Yusif Hacıyev öz istedadlarını göstərə biliblər. 

Qeyd edək ki, əsas turun dördüncü mərhələsinin Culfa rayonunda keçirilməsi nəzərdə tutulub.

00373152
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
235
561
2750
3376
373152

Tarix: 08-12-2019
Biz, sosial şəbəkələrdə: