"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kəngərli rayonunun Çalxanqala kəndində kənd yaşıl turizmi ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib

Avqustun 9-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunun Çalxanqala kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı kənd sakinlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Qeyd edək ki, bu nazirliyin kənd yaşıl turizmi ilə bağlı bu il keçirdiyi doqquzuncu tədbirdir. Bundan əvvəl analoji tədbirlər Şahbuz rayonunun Kükü və Keçili, Culfa rayonunun Xanəgah, Ərəfsə, Ordubad rayonunun Çənnəb, Bist və Tivi, Gənzə və Şərur rayonunun Şahbulaq kəndlərində də keçirilmişdir. Nazirliyin tərtib etdiyi qrafikə əsasən muxtar respublikanın bütün bölgələrində kənd yaşıl turizmilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 

 

Tədbirdə giriş sözü ilə çıxış edən Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məhərrəm Əliyev kənd turizminin mahiyyətindən danışaraq keçirilən tədbirin əhəmiyyətini qeyd edib. “Kəngərli rayonunun Çalxanqala kəndinin turizm potensialı” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev muxtar respublikamızın kənd yaşıl turizmi potensialının istifadə imkanları haqqında danışıb. Bildirilib ki, öz füsunkar təbiəti, qədim adət-ənənələri və tarixi-mədəni zənginlikləri ilə Kəngərli kəndlərinin bu baxımdan böyük potensialı vardır. Çalxanqalada yaradılmış müasir infrastruktur, bu kənddə əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, istehsal olunan yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları kənd turizminin inkişafı üçün əlverişli imkanlar yaradır. Vurğulanıb ki, kənddə istirahət etmək istəyən turistlər üçün minimum şərait yaradılması ilə turizm mövsümü ərzində yaxşı gəlirlər əldə etmək mümkündür. Bu həm ailə büdcəsi gəlirlərinin artması, eyni zamanda muxtar respublikamızın tanıdılması baxımından əhəmiyyət kəsb edir.

“Kənd yaşıl turizmi yeni imkanlar axtarışında” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin məsləhətçisi Ayaz Əliyevturizm ehtiyatlarından istifadə etməklə kənd turizminin inkişafını daha da gücləndirilməsi məsələlərindən danışıb. Bildirilib ki, əhalinin bu sahədə maarifləndirilməsi gələcəkdə istirahətini kənddə keçirmək istəyən turistlərin sayının artmasına imkan yaradacaq. 

Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova “Mərkəzin kənd yaşıl turizmin təbliğindəki rolu” mövzusunda danışaraq bildirib ki, Kəngərli rayonu kəndlərinin turizm potensialının tanıdılması üçün mərkəzdə geniş informasiya ehtiyatları vardır. Artıq Kəngərli rayonu istiqamətində “Naxçıvan-Qarabağlar” turist marşrutu işlənilib hazırlanmışdır. Mərkəzin yeni internet səhifəsi istifadəyə verilib və səhifədə “Kənd evləri” adlı yeni bölüm yaradılmışdır. Bu bölümdə 25-ə yaxın kənd evlərinin foto görüntüləri, ünvanı qeyd edilmişdir. Eləcə də, tədbir iştirakçılarına müraciət edərək bildirib ki, kənd turizminin inkişafı məqsədilə normal şəraiti olan kənd evlərinin fotoları, ünvanları, ev haqqında məlumatları toplayıb mərkəzə göndərsinlər və həmin məlumatlar mərkəzin internet səhifəsinə əlavə olunsun. Bunun üçün turistlərə təklif olunan evlərin, digər əlavə xidmətlərin reklamını təşkil etmək, sosial şəbəkələrin gücündən faydalanmaq lazım olduğunu vurğulamışdır.

Sonra kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb.

00373149
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
232
561
2747
3373
373149

Tarix: 08-12-2019
Biz, sosial şəbəkələrdə: