"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilmişdir

İyul ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey işçiləri üçün seminar-treninq keçirilmişdir. Ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin kollektivlərinin muzeylərlə tanışlığı təmin edilmiş, muzeyləri 2868 nəfəri əcnəbi vətəndaş olmaqla, ümumilikdə 130 min 973 tamaşaçı ziyarət etmişdir.

 

Kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Şərur rayonunda kitabxana işi ilə bağlı zona müşavirəsi keçirilmişdir. Kitabxanalarda yazıçı və şairlərin yubileyləri ilə bağlı 7 tədbir keçirilmiş, sərgilər təşkil edilmişdir. Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərində “Kitabı sevin, kitab bilik mənbəyidir” başlıqlı 3 kitab sərgisi təşkil olunmuş, uşaq bağçalarında “Nağıl günü” başlığı altında 33 tədbir keçirilmişdir. İyul ayında kitabxanalarda oxucu gəlişi 6429 nəfər, kitab verilişi 29 min 191 ədəd təşkil etmişdir. Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasından 511 oxucu istifadə etmişdir. Elektron kitabxananın zənginləşdirilməsi sahəsində işlər də davam etdirilmiş, ay ərzində 182 nüsxə yeni kitabın elektron variantı hazırlanmışdır.

“Əlincəqala” tarixi abidəsində “Xalq yaradıcılığı günü” keçirilmiş, həmçinin Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən rayonun klub və mədəniyyət evlərinin nəzdində fəaliyyət göstərən folklor kollektivlərinin iştirakı ilə “Folklor günü” adlı tədbir təşkil edilmişdir. Bundan başqa, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri Babək qəsəbəsində konsert pro­qramı ilə çıxış etmiş, “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016” layihəsi davam etdirilmiş, müsabiqənin IV mərhələsi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2016-cı il 11 yanvar tarixli Sərəncamının icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə tətil günlərində bu kateqoriyadan olan uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Duz kisəciyi” tamaşası göstərilmiş, uşaqların muzeylərə ekskursiyası təşkil edilmiş, Naxçıvan Dövlət Film Fondunda Azərbaycan uşaq filmlərinin nümayişi təşkil edilmişdir. 

Ötən ay muxtar respublikanın turizm potensialının öyrənilməsi və təbliği sahəsində işlər də davam etdirilmişdir. Ay ərzində nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə 33 adda 118 ədəd əl işi satılmış, taksi xidməti ilə məşğul olanların muzeylərə ekskursiyaları təşkil edilmişdir. Kənd yaşıl turizminin inkişafı ilə bağlı Ordubad rayonunun Gənzə, Nüsnüs və Əndəmic kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilmişdir. Hesabat dövründə Naxçıvan Turizm İnformasiya Mərkəzinin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 8743, “Youtube” videoportalındakı səhifəsinə 1473 baxış olmuşdur. Muxtar respublikanın turizm potensialı ilə bağlı 27 xarici ölkəyə, Azərbaycanda fəaliyyət göstərən 17 turizm şirkətinə və bölgələrdə yerləşən 2 turizm informasiya mərkəzinə məlumatlar göndərilmişdir.

 

 

00373152
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
235
561
2750
3376
373152

Tarix: 08-12-2019
Biz, sosial şəbəkələrdə: