"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Duzdağ turizm məhsulu "Wego" platformasında təbliğ olunur

Ölkənin turizm imkanlarının geniş auditoriyaya çatdırılması məqsədilə səyahət üzrə metaaxtarış mühərriki olan “Wego” platformasında onlayn kampaniyaya start verilib.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı”nın Sağlamlıq Turizmi bölməsinin icrası ilə əlaqədar olaraq Duzdağ turizm məhsulunun inkişaf etdirilməsi məqsədilə Duzdağ Fizioterapiya Mərkəzi haqqında məlumatlar da “Wego” platformasına yerləşdirilib.  

Kampaniya çərçivəsində “Wego” şirkətinin feysbuk və instaqram hesabında reklam bannerləri, veb-saytında isə paytaxt Bakıda istirahət, şəhərin qədim və müasir elementlərinin vəhdəti, palçıq vulkanları, eləcə də Şirvan və Qızılağac Milli Parklarında quş müşahidəçiliyi, Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi və ölkəyə səyahətin asanlığı kimi məlumatları çatdıran geniş məqalə yerləşdirilib.

Saytda Duzdağ mağarasının fotoşəkli və aşağıda göstərilən məlumat yerləşdirilmişdir: “Duz müalicəsinin Azərbaycanın bütün kurortlarında təklif olunduğu məlumdur, lakin ən orijinal təcrübə üçün Duzdağa baş çəkin, burada yeraltı tunelləri duz müalicəsi üçün aparıcı mərkəzə çevrilmiş keçmiş duz mədəni olan mağara ilə tanış olacaqsınız. Həkimlər və fizioterapevtlərdən ibarət gözəl komanda tərəfindən xidmət göstərilir. Duzdağda tənəffüs xəstəliklərini müalicə etmək qabiliyyəti ilə tanınan 130 milyon ton təmiz təbii duzun olduğu güman edilir. Tam təcrübə üçün mərkəzin yeraltı mağaralarından birində gecələyərkən duzun və sükutun dadını çıxarın.”
Avqustun 15-dək davam edəcək kampaniya çərçivəsində sosial media hesablarında yerləşdirilən reklamlar istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm ölkənin turizm potensialı haqqında məlumatlılığı artırmağa, həm də səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edəcək.
Qeyd edək ki, “Wego” şirkətinin əsası 2005-ci ildə Sinqapurda qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan şirkət Asiya-Sakit okean regionu, Yaxın Şərq və Hindistan üzrə fəaliyyət göstərərək istifadəçiləri mövcud uçuş və hotel qiymətlərini müqayisə edə biləcəkləri platforma ilə təmin edir.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

01070348
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
105
242
4431
10551
1070348

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: