"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kəngərli rayonunda “Xalq yaradıcılığı günü” keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi və Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə rayonda “Xalq yaradıcılığı günü” keçirilib.

Tədbiri giriş sözü ilə Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məhərrəm Əliyev açaraq bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi yaşadan, birliyimizi təmin edən milli dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamına əsasən, muxtar respublikada milli dəyərlərin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan milli-mənəvi dəyərlərin xalqımıza qaytarılmasında mühüm rol oynayır.

Vurğulanıb ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması bu gün də öz aktuallığını saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. 

Qeyd olunub ki, milli dəyərlərin qorunması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Milli dəyərlər daim qorunmalı və yaşadılmalıdır. Çünki milli dəyərlər bizim varlığımızın əsasıdır”.

Çıxışda xalq yaradıcılığının rayonda yaşadılan sahələrindən də söhbət açılıb. Qeyd edilib ki, Kəngərli rayonunda folklorumuzun, xalçaçılıq və tikmə sənətlərinin, xalq rəqs və oyunlarının yaşadılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 

Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin Xalq yaradıcı­lığı şöbəsinin müdiri Məmməd Məmmədov çıxış edərək bildirib ki, son iyirmi ildə qədim diyarımızda milli dəyərlərin qorunması və təbliği sahəsində böyük işlər görülüb. Ali Məclis Sədrinin adıçəkilən sərəncamından sonra muxtar respublikamızın bütün bölgələrində xalq yaradıcılığının müxtəlif sahələrinə yeni həyat verilib. Xalq sənətinin və yaradıcılığının ağacişləmə, xalça­çılıq, papaqçılıq, dülgərlik, dəmirçilik, toxuculuq, zərgərlik, misgərlik sahələri ilə yanaşı, qədim rəqslərimiz, xalq oyunlarımız və mərasim tamaşalarımız yaşadılır. Bu gün qədim diyarda yüzlərlə insan xalq ­yaradıcılığının müxtəlif sahələrini yaşadır. 
Sonra tədbir iştirakçıları Fikrət Babayevin rayonun tarixi abidələrini və təbiətini əks etdirən rəsm əsərləri ilə tanış olublar. Ramiz Şükürovun taxtadan düzəltdiyi müxtəlif maketlər, Aynur Bağırovanın toxuculuq və tikmə işləri də tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

Rayonun “Gülümey” folklor qrupunun ifa etdiyi xalq deyimləri, böyüklərdən ibarət “Sarı gəlin” yallı kollektivinin ifa etdiyi “Sarı gəlin”, “Tənzərə”, “Tello”, “Köçəri” rəqsləri iştirakçılara xoş ovqat bəxş edib.

Belə tədbirlərin muxtar respublikanın digər rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.

 

 

00373148
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
231
561
2746
3372
373148

Tarix: 08-12-2019
Biz, sosial şəbəkələrdə: