"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kukla teatrı yeni tamaşa ilə uşaqların görüşünə gəlib

Sentyabrın 3-də Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin qarşısında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirin iştirakçıları əvvəlcə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası əməkdaşlarının hazırladığı “Kitab bayramı”nda nümayiş etdirilən 400-dən artıq ictimai-kütləvi, elmi, bədii, uşaq ədəbiyyatı ilə bağlı kitablarla tanış olublar. Burada uşaq kitabxanasının yazıçı və şairlərdən A.Şaiq, S.Vurğun, M.İbrahimov, N.Həsənzadə, Ə.Cəfərzadə, A.Babayev və başqalarının yubileyləri ilə bağlı hazırladığı metodik kitabçalar da nümayiş etdirilib. Kitablarla tanışlıqdan sonra tədbir iştirakçılarını burada qurulmuş səhnədə salamlayan Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Yasəmən Ramazanova onlara yeni dərs ili ərəfəsində təhsildə uğurlar arzulayıb. 

Sonra teatrın Alyona Çubaryova və İrina Yeqorovanın “Duz kisəciyi” pyesi əsasında hazırladığı tamaşa nümayiş etdirilib. Rus xalq nağıllarının motivləri əsasında yazıl­mış əsərdə xeyirxahlıq, insan xoşbəxtliyi, səadət axtarışı, mərhəmət duyğuları təbliğ edilir. Nağıl-tamaşa üslubunda hazırlanan səhnə əsərində əvvəlki tamaşalardan fərqli olaraq bütün rolları ak­tyorlar canlı ifa edirdilər. “Duz kisəciyi” tamaşasında rus xalq folklorundan gələn motivlər aydın hiss olunurdu. Tamaşa başlayan kimi şər niyyətlə səhnəyə daxil olan Skarbida (Küpəgirən qarı) diqqəti cəlb edirdi. Onun kəndli qızı Mariyaya verdiyi duz kisəciyi hadisələrin davamı üçün əsas olur. Mariyanın isə İvana verdiyi bu duz kisəciyi hadisələri daha maraqlı edir. Tamaşanın əsas ideyası final səhnəsində İvan surətində açılır. Bu duz kisəciyi, əslində, tamaşada simvolik məna kəsb edir. Duz kisəciyi kimdədirsə, o xəstələnir, əzab çəkir, istəyinə çatmır, çətinliklərə düçar olur. Tamaşanın finalında İvanda olan duz kisəciyinin “sirri” açılır. Skarbidanın verdiyi duz kisəsini paylaşmaqla bu bəlalardan qurtulmaq olur və onun “tilsimi” öz gücünü itirir. Nağıl-tamaşanın əsas ideyası da bundan ibarətdir ki, insan ona xas olan gözəl mənəvi dəyərləri, duyğuları yaxınları ilə bölüşməli və paylaşmalıdır.

Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.

 

00373152
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
235
561
2750
3376
373152

Tarix: 08-12-2019
Biz, sosial şəbəkələrdə: