"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında bayram konserti olub

Sentyabrın 12-də müqəddəs Qurban bayramı ilə əlaqədar Naxçıvan şəhərindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında “Xalq mahnı və təsniflərinin ifaçı­lıq müsabiqəsi-2016”nın iştirakçılarının konsertı olub. Konsertdən əvvəl aparıcı şəhərimizin sakinlərini və qonaqlarını salamlayaraq bildirib ki, belə tədbirlərin keçirilməsi bayram günlərində insanların asudə vaxtının və istirahətinin səmərəli təşkilinə xidmət edir.

Bayram konsertində müsabiqə iştirakçılarından Aqil Adilzadənin, Fərman Allahverdiyevin, Təyyar Mədətlinin, İlham Məmmədovun, Əsmər Hüseynovanın, Yusif Hacıyevin, Səfər Cəfərovun, Rəşad Nəcəfovun, Fuad Qədimovun, Bəhruz Quliyevin, Elmar Hüseynovun, Ataxan Quliyevin ifasında səslənən xalq mahnı və təsnifləri tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. İki saat davam edən konsertdə “Ay bülbüllər”, “Ay qəşəng ceyran”, “Bəri bax”, “Alma almaya bənzər”, “Gedirəm axı” və başqa Azərbaycan xalq mahnıları ilə bərabər, təsniflər də səsləndirilib. 

Bayramın ikinci günü də Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında konsert təşkil edilib. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Ansamblın solistləri Hüseyn Qasımovun, Samiddin Vəliyevin, Cəfər Tağıyevin, Namiq Vəliyevin, Nərmin Hüseynovanın ifalarında Azərbaycan xalq mahnıları və bəstəkarlarımızın populyar mahnıları səsləndirilib. 

Kollektivin rəqs qrupunun üzvlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Sona Abbasovanın ifa etdiyi “Sarı gəlin”, Zəlihə Hüseynquliyevanın “Qavalla rəqs”i, rəqs qrupunun ifasında təqdim olunan “Yallı”, “Naz eləmə”, “Üç gül” və başqa rəqslər də tamaşaçılarda xoş ovqat yaradıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Xatirə Səfər­ova, Zülfüqar Mahmudov və Hünər Əliyevin ifalarında səslənən xalq mahnıları və bəstəkar nəğmələri də alqışlarla qarşılanıb. 

Bayram günlərində təşkil olunan konsertlərdə Naxçıvan şəhərinin sakinləri ilə bərabər, şəhərimizin qonaqları da iştirak edib.

 

 

00373152
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
235
561
2750
3376
373152

Tarix: 08-12-2019
Biz, sosial şəbəkələrdə: