"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Türkiyənin “Metro Turizm Səyahət Təşkilatı” şirkəti muxtar respublikada fəaliyyətə başlayıb

Türkiyə Respublikasının ən böyük turizm şirkəti olan “Metro Turizm Şirkəti” muxtar respublikada fəaliyyətə başlayıb. Bu şirkət muxtar respublikadan Türkyə Respublikasının bütün şəhərlərinə və ordan geriyə sərnişindaşıma fəaliyyətini həyata keçirəcək.

Qardaş Türkiyənin ən böyük turizm şirkəti  2015-ci ildə daşıdığı sərnişin sayı 26 milyonu ötüb. Bu şirkətin fəaliyyətə başlaması muxtar respublikada turizmin inkişaf etdirilməsinə  şərait yaradacaq. Çünki bu şirkətin Türkiyə ilə yanaşı bir neçə digər xarici ölkələrdə də sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Sərnişindaşımada ən son model 20 avtobusun gücündən istifadə edən şirkət  gündə 7 dəfə qonşu     Türkiyə Respublikasının İstanbul, Ankara, Ərzurum və İğdır şəhərlərinə  və geriyə reyslər təşkil edəcək.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Metro Turizm Şirkəti ilə razılaşmasına əsasən  gündə bir reys də Gürcüstanın Acarıstan Muxtar Respublikasını Batumi şəhərinə işləyəcək. 

Naxçıvan avtovağzalından hərəkət edəcək avtobuslar üçün də yerlər ayrılıb. Həmçinin burda şirkətin ofisi və bilet satış yerləri  də təşkil olunub. Qeyd edək ki, muxtar respublikada  Türkiyə Respublikasına məxsus digər bir şirkət olan "İğdırlı Turizm Şirkəti” də  qonşu ölkəyə və geriyə sərnişin  daşıma xidməti göstərir.

 

00357720
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
249
254
4655
357720

Tarix: 22-10-2019
Biz, sosial şəbəkələrdə: