"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində Muzey bələdçiləri üçün növbəti seminar-treninq keçirilib

Oktyabrın 27-də Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin bələdçiləri üçün seminar-treninq keçirilib.

Seminar-treninqdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazir­liyinin əməkdaşı Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib. Qeyd olunub ki, 2015-ci ildən etibarən muzey bələdçiləri üçün muxtar respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylərdə seminar-treninqlər keçirilir. Bu seminar-treninqlərin keçirilməsində əsas məqsəd ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, muzey bələdçilərinin nəzəri və praktik biliklərinin yüksəldilməsidir.

Qumral Məmiyeva muxtar respublika muzeylərində qorunan tarixi irsə göstərilən qayğıdan söz açıb. Bildirib ki, bu irsin qorunmasında və təbliğində muzeylərin, muzey bələdçilərinin üzərinə mühüm vəzifələr düşür. Bələdçilər muzeylərə üz tutan insanlarla səmimi ünsiyyət qurmağı, burada qorunan və nümayiş etdirilən eksponatlar barədə dəqiq və ətraflı məlumat verməyi bacarmalıdırlar. 

Tədbirdə muzey işinin peşə etikası kodeksi haqqında da məlumat verilib, muzeylər qarşısında qoyulan ən kiçik tələblər, muzey personalı, kolleksiyaların artırılması prinsipləri və onlara qayğı, eksponatların alınmasında hüquqi normalar, muzey peşəsi nümayəndələrinin ictimaiyyətə qarşı şəxsi məsuliyyəti kimi məsələlərdən söhbət açılıb. Sonra Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasına baxış olub, ekskursiyanın müzakirəsi keçirilib. 

Sonda bələdçi mətninə və bələdçinin etik davranış qaydalarına dair metodik tövsiyələr verilib.

 

00350261
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
182
203
385
3066
350261

Tarix: 17-09-2019
Biz, sosial şəbəkələrdə: