"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Muzeylərimizi noyabrda 28 min 925 tamaşaçı ziyarət etmişdir

Noyabr ayında muzeyləri 2303-ü əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 28 min 925 tamaşaçı ziyarət etmiş, muzey fondlarına 150 yeni eksponat daxil edilmişdir. 

Naxçıvan Dövlət Rəsm Qalereyasında, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədilə dəyirmi masa və seminar-treninq, o cümlədən muzeylərdə 24 açıq dərs keçilmişdir. Kitabxanaların fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, 56 mədəni-kütləvi tədbir keçirilmiş, 28 sərgi təşkil olunmuşdur. Bu dövrdə kitabxanalara 97 adda 1972 nüsxə çap məmulatı daxil olmuş, oxucu sayı 284, oxucu gəlişi 17 mindən artıq, kitab verilişi 50 min 987 nüsxə təşkil etmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında 4, Naxçıvan Dövlət Kukla Teatrında isə 26 tamaşa teatrsevərlərə təqdim olunmuşdur.

Yaradıcı gənclərlə iş diqqət mərkəzində saxlanılmış, mədəniyyət və incəsənət sahəsində xüsusi istedadı olan bir qrup gəncin muzeylərə ekskursiyası təşkil edilmiş, “Azərbaycan musiqi mədəniyyətinin inkişafında gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Naxçıvan Dövlət Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrinin turizm obyektlərində təcrübə keçmələri təmin olunmuş, onlar üçün ekskursiya təşkil edilmiş, Naxçıvan Musiqi Kollecində Kitabxana-informasiya təminatı ixtisası üzrə təhsil alan tələbələr üçün kitab müzakirəsi, Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və tarixi abidələrin qorunması ixtisası və Kitabxanaçılıq və informasiya fakültəsinin tələbələri üçün 2 açıq dərs keçilmiş, Naxçıvan Musiqi Kollecində isə “Azərbaycanın mətbəx mədəniyyəti” mövzusunda mühazirə oxunmuşdur. Bu dövrdə Turizm İnformasiya Mərkəzinin “Facebook” sosial şəbəkəsinə 145 məlumat, “Youtube” videoportalına 60 məlumat-videoçarx daxil edilmiş, 127 yerli və xarici ölkə vətəndaşının müraciəti cavablandırılmışdır.

00364050
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
147
164
311
3194
364050

Tarix: 12-11-2019
Biz, sosial şəbəkələrdə: