"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kəngərli Rayon Mədəniyyət Evində “Arılar arasında” tamaşası nümayiş etdirilib

Kəngərli Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilən yazıçı-dramaturq Elçin Əfəndiyevin “Arılar arasında” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilib.

Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşanın rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Xalq artisti Həsən Ağasoy, Əməkdar artist Əbülfəz İmanov, aktyorlardan Zülfiyyə Zeynalova, Zəminə Baxşəliyeva, Səyyad Məmmədov, Şölə Novruzbəyli, Nurbəniz Niftəliyeva və Anar Eyvazov öz ifaları ilə uğurlu səhnə həllinə nail olublar.

“Arılar arasında” pyesində kənd və şəhər, eləcə də nəsillər arasında uzaqlaşma öz əksini tapıb. Tamaşada müəllif bütün problemlərin müqabilində arı ailəsini nümunə kimi götürür. Göstərilir ki, istər cəmiyyətdə, istərsə də ailədə hər bir fərd ona həvalə edilmiş işin öhdəsindən gəlməyə, nizam-intizamlı olmağa, qarşıya çıxan çətinliyi dəf etməyə çalışmalı, bunun üçün iradə nümayiş etdirməlidir. Tamaşada təbiətə və insanlara sevgi, gənclərə yüksək amallar uğrunda yaşamaq tövsiyə olunur.

Qeyd edək ki, bu il noyabrın 26-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk dəfə təqdim edilən “Arılar arasında” tamaşasının muxtar respublikanın digər bölgələrində də nümayişi nəzərdə tutulur.

 

00366210
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
76
288
364
5354
366210

Tarix: 19-11-2019
Biz, sosial şəbəkələrdə: