"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

"Nağıl günləri" davam etdirilir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iş planına əsasən muxtar respublikanın uşaq bağçalarında “Nağıl günləri”nin keçirilməsi davam etdirilir. Ötən ay Naxçıvan şəhəri daxil olmaqla rayon MKS-lərin uşaq şöbələri tərəfindən rayonlarda 35 “Nağıl günü” keçirilmişdir. Bu tədbirlərdə uşaqlara nağıllar bədii qiraət edilir, cizgi filmləri göstərilir, sərgilər nümayiş etdirilir. Naxçıvan Dövlət Kukla Teatrının tamaşalarında göstərilən kiçik parçalar da uşaqlar tərəfindən maraqla qarşılanır. Bu tədbirlərdə uşaqlara balacalar üçün nəzərdə tutulan tamaşalardan səhnəciklərin göstərilməsi, cizgi filmlərin nümayiş etdirilməsi rəngarənglik yaradır.

Dünən Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası şəhərimizdəki 6 nömrəli bağçada növbəti “Nağıl günü” keçirmişdir. Tədbiri Respublika Uşaq Kitabxanasının böyük kitabxanaçısı Aytən Qurbanova açaraq rəngarəng nağıl dünyasının gözəlliklərindən, nənə və babalarımızın bizə uşaqlıqdan sevdirdiyi bu janrın xüsusiyyətlərindən söhbət açmışdır. Kitabxananın əməkdaşı Samirə Əliyeva “Dəcəl dovşan” nağılını balaca fidanlar üçün ucadan qiraət etmişdir. Nağıl bitdikdən sonra eyniadlı cizgi filmi də uşaqlar tərəfindən maraqla qarşılanmışdır.

Sonra balacalar uşaq bağçasında kitabxana əməkdaşları tərəfindən təşkil olunmuş “Nağıl dünyamız” kitab sərgisinə baxmışlar.

Tədbirin sonunda Naxçıvan Uşaq Teatrının aktyorları Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının “Nadan Xoruz” nağıl tamaşasından bir səhnəciyi balacalara təqdim etmişlər.

00357719
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
249
253
4654
357719

Tarix: 22-10-2019
Biz, sosial şəbəkələrdə: