"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

"Beynəlxalq Ana Dili Günü" adlı sərgi təşkil edilib

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında fevralın 17-də "Beynəlxalq Ana Dili Günü" adlı sərgi təşkil edilmişdir.

Sərgidə 23 kitab nümayiş edilmişdir. Sərgidə “Heydər Əliyevin dil siyasəti”, Azərbaycan dilinin orfoqrafiya lügəti, Nizami Xudiyevin “Heydər Əliyev və Azərbaycan dili”, Salatın Əhmədovanın  “Heydər Əliyevin dil siyasəti”, Əbdüləzəl Dəmirçizadənin “Müasir Azərbaycan dili”- Ic.,Telman Quliyevin  “Milli-mədəni irs və dil amilinə kulturoloji baxış”,

Nizami Xudiyevin “Xalqın tarixi haqqı: dilimiz, varlığımız”,  Əli Rza Xələflinin “Dilimiz, varlığımız”, Elbəyi Maqsudovun “Poetik praktik Azərbaycan dili”, “Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri”, Ağamusa Axundovun  “Ümumi dilçilik”, Afaq Qurbanovun  “Müasir Azərbaycan ədəbi dili”, Aybəniz Kəngərlinin “Turanın bir eli var və yalnız bir dili var!”, Y.Kərimovun “Ana dilinin tədrisi metodikası”, Sevindik Vəliyevin  “Azərbaycan dilinin tədrisi məsələləri”, Yusif Seyidovun  “Azərbaycan dili”, Elməddin Əlibəyzadənin “Azərbaycan dilinin tarixi”, Həsən Mirzəyevin “Azərbaycan dilində feli sifət və təsirli-təsirsiz fellər”, Sayalı Sadiqovanın “Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı”, Məmmədağa Şirəliyevin “Azərbaycan dialektologiyasının əsasları”, Səhlabın Dillər gözəli dilim”, Qalibə Hacıyevanın “Dilimiz, tariximiz, yaddaşımız” adlı kitablar  nümayiş  edilmişdir.

Sərgi fevral ayının 23-dək nümayiş ediləcək.       

00357719
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
249
253
4654
357719

Tarix: 22-10-2019
Biz, sosial şəbəkələrdə: