"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Şahbuz rayonunda film nümayiş etdirilib

Fevralın 17-də Şahbuz  rayon "Araz" kinoteatrında  "Azərbaycan kinosu günü" layihəsi çərçivəsində film nümayiş etdirilmişdir. 

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Film Fondunun  aparıcı-mütəxəssisi Şənhəyat Səfərova açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "Azərbaycan kinosu günü" layihəsi çərçivəsində Naxçıvan Dövlət Film Fondu dəfələrlə rayonlarımızda Azərbaycan bədii filmlərinin nümayişini təşkil etmişdir.

Bildirib ki, bu gün nümayiş olunacaq film "Xeyirlə şərin rəqsi" adlanır. Film Azərbaycan yazıçısı Çingiz Abdullayevin "Quba kapriççiosu"əsəri əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında  lentə alınmışdır. 

Filmin rejissoru - Azərbaycanın əməkdar incəsənət  xadimi Yavər Rzayev, ssenari müəllifləri - Çingiz Abdullayev  və Yavər Rzayev, operatoru  - Nadir Mehdiyev, bəstəkarı - xalq artisti Siyavuş Kərimi və Emin Kərimidir. 

Filmin çəkilişləri Bakı və Qubada aparılıb. Filmdə baş rolda, yəni, Dronqo rolunda Azərbaycanın əməkdar artisti İlqar Muradov, digər rolları isə xalq artistləri Məbud Məhərrəmov və Şükufə Yusupova, əməkdar artistlər Qurban İsmayılov, Ayşad Məmmədov, Şövqi Hüseynov və digərləri ifa ediblər. 

Film rayon ictimaiyyəti tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

00357720
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
249
254
4655
357720

Tarix: 22-10-2019
Biz, sosial şəbəkələrdə: