"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilmişdir

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov açaraq bildirib ki, YUNESKO-nun Baş Konfransının 1999-cu ildə keçirdiyi 30-cu sessiyasında 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması qərara alınıb. Bu günün keçirilməsində əsas məqsəd xalqların diqqətini doğma dillərinə cəlb etmək, mədəni müxtəlifliyi və çoxdilliyi təbliğ etməkdir.

Qeyd edilmişdir ki, ölkəmizdə ana dilinə, eyni zamanda azsaylı xalqların dilinə, mədəniyyətinə ehtiramla yanaşılır. 2016-cı ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Multikultiralizmi ili” elan edilməsi bunun bariz ifadəsidir.

Azərbaycanda dil siyasəti ölkənin milli birliyinə xidmət edir. Rəsmi dil siyasəti Azərbaycanda xüsusi qanun və fərmanlarda ifadəsini tapmışdır. Vurğulanmışdır ki, Azərbaycan dilinin dövlət dili elan olunmasında, ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Ulu öndərin imzaladığı çoxsaylı dövlət sənədləri, qanunlar, fərman və sərəncamlar dilimizin inkişafı, qorunması, istifadə imkanlarının genişləndirilməsi sahəsində mühüm işlərin həyata keçirilməsinə səbəb olmuşdur.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin 9 aprel 2013-cü il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı Azərbaycan dilinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək vacib işlərin həyata keçirilməsinə şərait yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Ana dili müqəddəsdir” mövzusunda çıxışında dilimizin tarixindən və zənginliyindən söhbət açmışdır. Bildirilmişdir ki, bu dildə zəngin xalq yaradıcılığı nümunələri yaranmışdır. Nəsimi, Xətayi, Füzuli, Vaqif, Mirzə Cəlil, Sabir, Məmməd Araz və başqa görkəmli söz ustaları ana dilimizdə ölməz əsərlər yazmışlar.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Ana dilinin qorunması və təbliğində kitabxanaların rolu” mövzusunda çıxışında bildirmişdir ki, kitabxanada ana dilinin təbliği ilə bağlı keçirilən tədbirlərin xüsusi əhəmiyyəti vardır. Kitabxanalar elm müəssisəsi olmaqla yanaşı, həm də dilimizin təbliğində mühüm rol oynamalıdırlar.

Tədbirdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları Nəsimi Məmmədzadə, Nurbəniz Niftəliyeva, Anar Eyvazov Azərbaycan şairlərinin dilimizə həsr etdiyi şeirləri bədii qiraət etmişlər.

Şairlərdən Yadulla Zaman və Ələsgər Nehrəmlinin ana dilimizə həsr etdikləri şeirlər də maraqla qarşılanmışdır.

Tədbirin sonunda sərgiyə baxış olmuşdur.

00364119
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
216
164
380
3263
364119

Tarix: 12-11-2019
Biz, sosial şəbəkələrdə: