"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili”mövzusunda dəyirmi masa keçirilmişdir

Fevralın 21-də  Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə Nazirliyin şöbə müdiri Həsən Kərimov açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci il üçün iş planına əsasən il ərzində muzey işçilərinin peşə hazırlığının yüksəldilməsi, muzey işinin daha da təkmilləşdirilməsi, iş prosesində qarşıya çıxan çətinliklərin aradan qaldırılması yollarını müzakirə etmək məqsədilə seminarlar, ekskursiyalar, dəyirmi masalar, konfranslar və digər tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün "Muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili" mövzusunda keçirilən dəyirmi masa dabu istiqamətdə keçirilən çoxsaylı tədbirlərin davamıdır.

Qeyd olunub ki, milli-mənəvi dəyərlərin təbliği, tarixi mədəni zənginliyin qorunması, əhalinin milli ruhda formalaşması Azərbaycan Respublikasında dövlət mədəniyyət siyasətinin əsas istiqamətləri kimi müəyyən edilmişdir. Bu işdə muzeylərin rolu əvəzsizdir. Muzeylər maddi-mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisələridir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət mədəniyyət siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, muxtar respublikamızda isə Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilir, muzeylərin şəbəkəsi ildən-ilə genişlənir.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qrafikinə əsasən əsasən 2016-cı ildə də müxtəlif mövzularda 4 dəyirmi masa keçirilib və həmin tədbirlərdə muzey fəaliyyəti üçün aktual hesab olunan məsələlər müzakirə olunub. Bu tədbirlərin 2017-ci ildə də davam etdirilməsi nəzərdə tutulub.

Muzeylərimiz qədim diyarımızın zəngin tarixini, mədəniyyətinin çoxşaxəli inkişaf yolunu əks etdirir. Şübhəsiz ki, mədəni irsimizin qorunması və təbliğində, gənc nəslin bədii və estetik tərbiyəsinin, elmi dünyagörüşünün zənginləşməsində və milli ruhda tərbiyə olunmasında muzeylərdə keçirilən mədəni kütləvi tədbirlərin rolu əvəzsizdir. Mədəni-kütləvi tədbirlərin keçirilməsi gənclərin zəngin tarixi keçmişimizlə, görkəmli şəxsiyyətlərimizin həyatı və fəaliyyəti ilə yaxından tanış olmasına şərait yaradır.

Sonra mövzu ilə bağlı müzakirələr olmuşdur. Dəyirmi masada muxtar respublikanın müxtəlif bölgələrində olan muzey direktorları və əməkdaşları mədəni-kütləvi tədbirlərin keçirilməsi ilə bağlı fikir və mülahizələrini bildirmişlər. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru,NaxçıvanMuxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli və başqaları muzeylərdə keçirilən mədəni-kütləvi tədbirlərin əhəmiyyətindən danışmışlar. Qeyd olunub ki, muzeylərdə yubiley tədbirlərinin keçirilməsi, əlamətdar və tarixi günlərin qeyd olunması, açıq dərslərin, distant dərslərin təşkil olunması, mühazirələrin oxunması diqqətdə saxlanılmalıdır. Hər bir muzey öz profilinə uyğun tədbirləri yüksək səviyyədə təşkil etməlidir. Bu tədbirlərdə məktəblilərin, tələbələrin, iştirakı təmin olunmalı, onlara keçirilən tədbirlərdə maraqlı məlumatlar çatdırılmalıdır. Keçirilən tədbirlərdə mədəni-kütləvi işin müxtəlif forma və metodlarından bacarıqla istifadə olunmalıdır. Tədbirlərin kəmiyyətindən çox keyfiyyətinə diqqət yetirmək mədəni-kütləvi tədbirlərin əhəmiyyətini daha da artırar və tədbirdə iştirak edənlərin fəal olmasına şərait yaradar.

Dəyirmi masanın sonunda Dövlət Rəsm Qalereyasının ekspozisiyasına baxış olub.

00366118
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
272
496
2379
5262
366118

Tarix: 18-11-2019
Biz, sosial şəbəkələrdə: