"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Dünən Şərur rayon Mədəniyyət Evində Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Şərur rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Əli Qənbərov açaraq bildirib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 25 il ötür. Xocalı faciəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini işğal etmək məqsədilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımıdır.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi siyasi və hüquqi qiymət verilib. Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində mühüm işlər görülüb. Ümummilli lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət edib, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulayıb.

Sonra Mədəniyyət Evinin metodisti və Rayon Mədəniyyət və Turizm şöbəsi Gənclər Birliyinin sədri Tağı Tağıyev çıxış etmişdir. Bildirmişdir ki, Xocalı soyqırımı xalqımıza qarşı bir neçə əsr əvvəl başlanan və həyata keçirilən erməni təcavüzünün davamı və tərkib hissəsidir. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə erməni şovinistlərinin məkrli işğal və ilhaq siyasəti nəticəsində həyata keçirilən sistemli deportasiya və genosid siyasəti 1988-1989-cu illərdə özünün ən yüksək nöqtəsinə çatmış, nəticədə, bu gün Ermənistan adlanan əzəli Azərbaycan torpaqlarında bir nəfər də olsun soydaşımız qalmamışdır. Bu tarixi faktlar sübut edir ki, Xocalı faciəsi təsadüfi olmamış, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu gün qarşımızda duran ən böyük vəzifə itirilən torpaqlarımızı geri qaytarmaq, düşmənə layiqli cavab verməkdir. Artıq düşmənin cavabını verməyə hazır və qadir ordumuz var.

Tədbirin sonunda isə Xocalı soyqırımına həsr olunmuş “Xocalı həqiqətləri” filmi nümayiş olunmuşdur.

00364050
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
147
164
311
3194
364050

Tarix: 12-11-2019
Biz, sosial şəbəkələrdə: