"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Gənclər üçün ekskursiyalar təşkil edilmişdir

Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mədəniyyət sistemində çalışan bir qrup gəncin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə və Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə ekskursiyaları təşkil edilmişdir. Nazirliyin iş planına əsasən təşkil olunan ekskursiyanın iştirakçıları əvvəlcə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olmuşlar.

Muzeyin bələdçisi gənclərə məlumat verərək bildirib ki, Naxçıvanqalanın bərpasına 2010-cu ildən başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin  yaradılması haqqında” 2013-cü il 5 iyun tarixdə Sərəncam imzalamışdır. 2014-cü il aprel ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin açılışı olmuşdur.

Qalanın inşa tarixi 632-652-ci illərə aid edilir. 1957-1959-cu illərdə qalanın ərazisində aparılan tətqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunmuşdur. Arxeoloji tətqiqatlardan məlumdur ki. belə daş gürzlərdən Tunc  dövründə eramızdan əvvəl III-II minilliklərdə Duz mədənlərində istifadə olunmuşdur.

Qala XIX əsrədək fəaliyyətdə olmuşdur. 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki hissədən Kiçikqala– Narınqala və Böyükqaladan ibarətdir. Narınqalanın cənub-qərbində 300 nəfərin qoruna biləcəyi yeraltı sığınacaq-mağara var.

Sonra ekskursiya iştirakçıları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində olmuşdur. Gənclərə məlumat verilmişdir ki, muzeyin rəsmi açılışı 1967-ci ildə böyük yazıçımız Cəlil Məmmədquluzadənin 100 illik yubileyi ərəfəsində olmuşdur. Hazırda muzeydə yazıçı və şairlərimizlə, ədəbiyyatımızla bağlı 20 min 296 eksponat vardır ki, bunun da 800-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Bildirilib ki, ədəbiyyatımızın inkişaf tarixi qədim dövrdən bugünə qədər muzeydə əksini tapmışdır.

00366118
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
272
496
2379
5262
366118

Tarix: 18-11-2019
Biz, sosial şəbəkələrdə: