"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Xatirə Muzeyində açıq dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci il üçün iş planına uyğun olaraq 22 fevral 2017-ci il tarixdə Xatirə Muzeyində NDU-nun muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri üçün Xatirə Muzeyində açıq dərs.keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva açaraq açıq dərsin keçirilməsinin məqsəd və əhəmiyyətindən danışmış, müvafiq əmrlə bağlı hamiliyə götürülmüş tələbələrin gələcəyin ixtisaslı kadrları olaraq yetişdirilməsi üçün bundan sonra da açıq dərslərin və bu tip digər tədbirlərin davam etdiriləcəyini vurğulamışdır.

Sonra muzeyin direktoru Aytən Mikayıllı “Ekskursiyanın təşkilinin ümumi qaydaları” mövzusunda çıxış edərək, tələbələrə muzeylərdə ekskursiya işinin təşkili haqqında ətraflı məlumat vermiş, tamaşaçıların muzeydən xoş təəssüratlarla ayrılması üçün ekskursiya işinin düzgün səviyyədə qurulmasının vacibliyini qeyd etmişdir.

“Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” kafedrasının müdiri Məmməd Əliyev “Bələdçinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirmişdir ki, bələdçinin nitqinin qüsursuz və səlis olmağı, Azərbaycan dilinin qrammatikasını tam bilməsi, söz ehtiyatının kifayət qədər olması ilə yanaşı, onun davranış qaydalarını, jestlərdən və mimikadan düzgün istifadə etmə bacarığı da bələdçi üçün  qoyulan əsas tələblərdəndir. Sonra tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olmuşdur.

00364050
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
147
164
311
3194
364050

Tarix: 12-11-2019
Biz, sosial şəbəkələrdə: