"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Fevralın 24-də Culfa Rayon Mədəniyyət Evində, Culfa Rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə ''Xocalı soyqırımı'' nın 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanları 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Kəmalə Səfərova açaraq bildirmişdir ki, Xocalı soyqırımı Azərbaycan tarixinin qanlı səhifələrindən biridir. Bu gün respublikamız bütün sülhsevər ölkələri insanlığa qarşı yönəlmiş bu faciəyə hüquqi-siyasi qiymət verməyə səsləyir.

Bildirilib ki, azğınlaşmış erməni silahlı birləşmələrinin, eləcə də onlara açıq-aşkar havadarlıq edənlərin bu soyqırımı aktını törətməkdə məqsədi Azərbaycan xalqının mübarizə əzmini qırmaq və onu bütünlüklə məhv etmək idi. Lakin düşmənin niyyətləri baş tutmadı, dövlətimiz və dövlətçiliyimiz möhkəmləndi, iqtisadiyyatımız dirçəldi, qüdrətli və sarsılmaz milli ordu yaradıldı. Bu gün xalqımız tam əmindir ki, ölkə Prezidentinin apardığı qətiyyətli siyasət nəticəsində işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək, məkrli düşmən öz layiqli cəzasını alacaqdır.

Sonra ''Xocalı soyqırımı'' na aid videoçarx nümayiş etdirilmiş və daha sonra Culfa Rayon Gülüstan Mədəniyyət Evinin mövzu ilə əlaqədar hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

00364050
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
147
164
311
3194
364050

Tarix: 12-11-2019
Biz, sosial şəbəkələrdə: