"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Eldar Mansurovun anadan olmasının 65 illiyi qeyd olunub

Fevralın 23-də kitabxanada bəstəkar Eldar Mansurovun anadan olmasının 65 illiyi münasibətilə ədəbi-musiqili gecə keçirilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Eldar Mansurov-ölməz "Bayatılar" mahnısının müəllifi" adlı məruzə ilə çıxış etmişdir. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Mansurovlar ailəsi" adlı mövzuda çıxış etmişdir. Məruzə və çıxışda bildirilmişdir ki, bəstəkar Eldar Mansurov dünyada  məşhur olan "Bayatılar" mahnısının müəllifidir. "Bayatılar" mahnısını ilk dəfə 1989-cu ildə о vaxt Azərbaycan estradasının gələcək ulduzu Brilliant Dadaşova ifa etdi. "Bayatılar" dərhal populyarlıq qazandı və artıq 1990-cı ildə "Melodiya" şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında geniş yayıldı. Şair Vahid Əzizin sözlərinə yazılmış "Bayatılar" bu günə kimi ən sevimli mahnılar sırasındadır. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir. Eldar Mansurovun "Bəhramnamə" əsəri onun atası, məşhur tarzən Bəhram Mansurovun əziz xatirəsinə həsr olunub. Zəmanəsinin ən görkəmli ifaçılarından olan Bəhram Mansurov muğamlarımızı dünyaya tanıtdıran ilk musiqiçidir. 1971 və 1975-ci illərdə UNESCO ilk dəfə məhz onun təkrarsız və virtuoz ifasında Azərbaycan muğamlarını val şəklində çap etmişdi. O vaxt bu fakt Azərbaycan mədəniyyətinin tarixində böyük və mühüm hadisə hesab olunurdu. İllər keçdi və yenə milli musiqimizin tarixində böyük hadisə baş verdi. Və nə yaxşı ki, bu hadisə də böyük tarzənin adı ilə bağlıdır.

Qeyd edilmişdir ki, Eldar Mansurov elə bir şərəfli nəslin övladıdır ki, bu şəcərənin, demək olar ki, əksəriyyəti mədəniyyətə, musiqiyə bağlı insanlar kimi tarixin yaddaşında qalıb. Elektron lövhədə slayd nümayiş edilmiş, videolara baxış keçirilmişdir.

Tədbirin sonunda "Eldar Mansurov-65" adlı sərgiyə baxış keçirilmişdir. 

 

00364106
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
203
164
367
3250
364106

Tarix: 12-11-2019
Biz, sosial şəbəkələrdə: