"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Gənclər Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində istedadlarını nümayiş etdiriblər

Fevralın 28-də Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində özfəaliyyət dram dərnəklərinin muxtar respublika baxış müsabiqəsinin birinci mərhələsi keçirilib.

Müsabiqənin təşkilində məqsəd istedadlı gəncləri ortaya çıxarmaq və onların yaradıcılıq imkanlarını düzgün istiqamətləndirməkdir. Müsabiqədə muxtar respublikada fəaliyyət göstərən özfəaliyyət dram dərnəkləri, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən özfəaliyyət teatr kollektivləri iştirak edirlər.

Müsabiqədə Babək rayon Nehrəm kənd mədəniyyət evinin dram dərnəyi, Naxçıvan şəhərinin “Mozalan” özfəaliyyət kollektivi, “Naxçıvan” Universitetinin dram dərnəyi, Şahbuz rayon Badamlı kənd mədəniyyət evinin dram dərnəyi, Babək rayon Kərimbəyli kənd mədəniyyət evinin dram dərnəyi, Naxçıvan Dövlət Musiqi Kollecinin “Sarvan” dram kollektivi, Culfa rayon Gülüstan mədəniyyət evinin dram dərnəyi, Babək rayon Babək qəsəbə mədəniyyət evinin dram dərnəyi, Şahbuz rayon Güney Qışlaq kənd mədəniyyət evinin dram dərnəyi, Culfa rayon Mədəniyyət və Turizm Şöbəsi gənclər birliyinin “Haçadağ” dram kollektivi, Naxçıvan Dövlət Texniki Kollecinin “Güc birlikdədir” özfəaliyyət kollektivləri iştirak ediblər.

Müsabiqənin münsiflər heyəti kollektivlərin ifaları, ssenarilərin bədiiliyi və müasirliyi, ifa tərzi və səhnə mədəniyyətinə görə qiymətləndirmə aparıblar.

Yekun nəticəyə görə ən yüksək bal toplamış ilk 4 kollektiv - Culfa rayon Mədəniyyət və Turizm Şöbəsi gənclər birliyinin “Haçadağ” dram kollektivi, Naxçıvan Dövlət Texniki Kollecinin “Güc birlikdədir” özfəaliyyət kollektivi, Babək rayon Kərimbəyli kənd mədəniyyət evinin dram dərnəyi və  Naxçıvan şəhərinin “Mozalan” özfəaliyyət kollektivləri II mərhələdə iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, müsabiqənin ikinci mərhələsinin keçirilməsi aprel ayının 28-nə nəzərdə tutulub  və bu mərəhələdə kollektivlərin ifa edəcəyi səhnəciklərin  mövzularını  münsiflər heyəti təqdim edəcək.

00366119
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
273
496
2380
5263
366119

Tarix: 18-11-2019
Biz, sosial şəbəkələrdə: