"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

"8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə tədbir keçirilib

Martın 6-da Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Rayon Mədəniyyət Evində "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov qeyd etmişdir ki, Mart ayının 8-i müasir dünyamızın tarixində ən əlamətdar günlərdən biridir. Həmin gün planetimizin hər yerində bəşəriyyətin tacı olan qadınların bayramı qeyd edilir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın ölkəmizdə hər zaman uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. 

Azərbaycan qadınları bəşər mədəniyyətinin yaranmasında və təşəkkül tapmasında misilsiz xidmətlər göstərmiş, xalqımızın tarixində ucalığın rəmzinə çevirilmişdir. Ölkəmizdə qadına həmişə böyük ehtiram, hörmət bəslənmiş, ana adı daim uca tutulmuş, müqəddəs sayılmışdır.

Ötən əsrin 70-ci illərində başlayaraq qadınlarımızın cəmiyyətdə rolu və fəallığı artmağa başlamış, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların ictimai mədəni həyatda yeri və rolu daha da möhkəmlənmiş, qadın ana olmaqla yanaşı, bacarıqlı siyasətçi, xalqın inamını qazanan deputat, dövlət məmuru, sahibkar kimi də fəaliyyət göstərmişdir.

Dünyanın bir çox ölkələrinin qadınlardan əvvəl seçki hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımlarını atması da, Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının təzahürüdür. Qadınların cəmiyyət həyatında yerini və rolunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyev deyirdi: “Qadın bəşərə yaraşıq, ziynət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət,qeyrət, qüdrət rəmzidir. Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.

Çıxışdan sonra tədbirin bədii hissəsi başlamışdır. Təqdim edilmiş bir-birindən gözəl mahnılar və rəqslər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
00366118
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
272
496
2379
5262
366118

Tarix: 18-11-2019
Biz, sosial şəbəkələrdə: