"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Molla Nəsrəddin” jurnalının 111-ci ildönümü qeyd edilib

Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadənin Ev Muzeyində “MollaNəsrəddin” jurnalının nəşrə başlamasının 111-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ev muzeyinin fond mühafizi Kəmalə Tahirova “Molla Nəsrəddin jurnalı və onun əməkdaşları” mövzusunda çıxış edib. Bildirilib ki, Cəlil Məmmədquluzadənin böyük xidmətlərini inkar etmədən demək olar ki, “Molla Nəsrəddin” kollektiv yaradıcı heyətin əsəri idi. Böyük ədib özüdə bu həqiqəti etiraf etmişdir:

“Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, məndə onların ancaq ağsaqqal yoldaşıyam”.

Vurğulanıb ki, “Molla Nəsrəddin” jurnalının əməkdaşları arasında M. Ə. Sabir, Ə. Haqverdiyev, Ə. Qəmküsar, S. Mümtaz, Ö. F. Nemanzadə, Ə. Nəzmi, Ə. Razi, B. Abbaszadə, M. S. Ordubadi və başqaları olmuşlar. Onlar “Molla Nəsrəddin” səhifələrində öz satirik əsərləri ilə fəal iştirak etmişlər. Yazıçı və şairlərimiz yüzlərlə maraqlı gizli imzalarla jurnalda əməkdaşlıq etmişlər. Bu gizli imzaların elələri var ki, kimə aid olduğunu təyin etmək çətindir. Cingöz, Hophop, Hərdəmxəyal, Xortdan, Kefsiz, Ağlar güləyən və başqa gizli imzalarla jurnal səhifələrində çıxış edən şair və yazıçılarımız gözəl satirik əsərlər yaratmışlar.

Filologiya üzrə fəlsəfə doktoru İman Cəfərli “Azərbaycan mətbuatının və ədəbiyyatının “Molla Nəsrəddin” mərhələsi” mövzusunda çıxışında bildirmişdir ki, 111 il bundan əvvəl nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. “Molla Nəsrəddin”jurnalının nəşrə başlaması təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, bütün İslam aləmində mühüm hadisə idi. “Molla Nəsrəddin” jurnalını haqlı olaraq Azərbaycan ədəbiyyatının dönüş nöqtəsi adlandırırlar. 

Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri Cəlil Məmmədquluzadənin şeirlərini bədii qiraət etmişlər.

Tədbirin sonunda “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 111-ci ildönümünə həsr olunmuş sərgiyə baxış olmuşdur.

Qeyd edək ki, “Molla Nəsrəddin” jurnalının nəşrinin 111-ci ildönümü ilə bağlı tədbir ədibin adını daşıyan Naxçıvan Muxtar Respubklikası Ədəbiyyat Muzeyində də keçirilmişdir.

00373151
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
234
561
2749
3375
373151

Tarix: 08-12-2019
Biz, sosial şəbəkələrdə: