"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Kütləvi informasiya vasitələrinin rəhbərləri Ordubadda tarixi abidələrlə tanış olublar

Naxçıvan Muxtar Respublikasına səfər edən ölkənin aparıcı Kütləvi informasiya vasitələrinin rəhbərlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti bu gün Ordubad şəhərində səfərdə olublar. Nümayəndə heyəti səfər çərçivəsində öncə Ordubad şəhərindəki tarixi abidə olan Qeysəriyyə binasında yerləşən Ordubad Tarix-Diyarşunaslıq Muzeyi ilə tanış olublar.

Muzey barədə qonaqlara məlumat verən muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Vilayət Bağırov Ordubadda hər abidənin özündə tarixi yaşatdığını bildirib: "XVII əsrdən soraq verən abidələrdən biri Qeysəriyyə tarixi abidəsidir. “Qeysəriyyə” sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin bu binada fəaliyyət göstərməsi abidənin əhəmiyyətini daha da artırıb. Böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Hündürlüyü 8,5 metr olan abidə bişmiş kərpicdən inşa olunub. Tarixi tiklinin pəncərələri şəbəkə üsulu ilə işlənib. Ordubadda əksər tarixi tikililər, o cümlədən məscidlərin pəncərələrində şəbəkə sənətinə rast gəlirik. Bu da şəbəkə sənətinin Ordubadda tarixən inkişafından xəbər verir. Qədim dövrlərdən başlayaraq müasir günümüzədək rayonun tarixini özündə ehtiva edən ekponatlar aid olduğu guşələrdə yerləşdirilib. 150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. 2016-cı ildə muzeyə XIV-XV əsrə aid silahlar, mis qablar, tarixi ədəbiyyatlardan ibarət 30-dan artıq yeni eksponat daxil olub".

Muzeylə tanışlıqdan sonra Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Nümayəndə Heyəti Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olublar. Muzeydə qonaqlara Y. Məmmədəliyevin həyat fəaliyyəti, elmin inkişafına verdiyi töhfələrdən bəhs edilib.

Səfər çərçivəsində kütləvi informasiya vasitələrinin rəhbərləri bu torpağın yetişdirdiyi Məmməd Səid Ordubadinin ev muzeyində də olublar. Burada qonaqlara Ordubadinin uşaqlığı, həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verilib.

Məhəmməd Tağı Sidqinin ev muzeyi ilə də tanış olan nümayəndə heyətinə muzeyin Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin Sərəncamı ilə 2014-cü ildə yaradıldığı barədə məlumat verilib. Muzey girişdən, 3 ekspozisiya və 3 iş otağından ibarət olduğu barədə bildirilib.

Daha sonra nümayəndə heyəti XIV əsrə aid Buzxana memarlıq abidəsi ilə də tanış olublar. Kütləvi informasiya vasitələrinin rəhbərləri tarix və mədəni abidələrlə zəngin olan Ordubad torpağından yüksək təəssüratla ayrılaraq Batabat Dövlət Təbiət Qoruğuna yola düşüblər .

00097569
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
105
602
1267
10628
97569

Tarix: 23-08-2017
Biz, sosial şəbəkələrdə: