"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Tofiq Quliyevin əsərlərindən ibarət muxtar respublika müsabiqəsinə start verildi

Bu il görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyevin anadan olmasının 100 illiyi tamam olur. Görkəmli bəstəkarın 100 illiyinin geniş qeyd olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev 7 fevral 2017-ci il tarixdə Sərəncam imzalamışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 iyun 2017-ci ildən Tofiq Quliyevin əsərlərindən ibarət muxtar respublika müsabiqəsinə start verilmişdir. Müsabiqədə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ilə yanaşı, Naxçıvan Musiqi Kollecinin tələbələri də iştirak edirlər. Müsabiqənin keçirilməsi məqsədilə təşkilat komitəsi və tanınmış musiqiçi-müəllimlərdən ibarət münsiflər heyəti yaradılmışdır. Müsabiqənin əsas məqsədlərindən biri də böyük bəstəkarın irsinin öyrənilməsi və təbliğ edilməsi, istedadlı gənc və yeniyetmələrin aşkara çıxarılıb tanıdılmasıdır.

Müsabiqə 3 yaş qrupunu əhatə etməklə fortepiano, xalq çalğı alətləri (tar, kamança, qarmon, qanun, balaban), simli və nəfəs alətləri (skripka, truba, klarnet, violonçel), vokal ixtisasları üzrə keçirilir.

İlk gün keçirilən mərhələdə fortepiano üzrə şagird və tələbələr iştirak etmişlər. 57 iştirakçı arasından qaliblər müəyyən edilmişdir.

5 iyunda keçiriləcək növbəti mərhələdə xalq çalğı alətləri üzrə ifaçılar öz bacarıqlarını göstərəcəklər.

00072817
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
62
294
1118
13062
72817

Tarix: 29-06-2017
Biz, sosial şəbəkələrdə: