"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Uşaqlar Naxçıvan Dövlət Kukla Teatrında “Göyçək Fatma” tamaşasını maraqla izləyiblər

M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Ləzzət Biskvit və Şokalad fabrikinin təşkilatçılığı ilə balacalara “Göyçək Fatma” tamaşası nümayiş olunub.

Milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış eyniadlı tamaşada balaca fidanlara ədalət və xeyirxahlıq   kimi gözəl duyğular aşılanır.

Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş tamaşanın rejissoru xalq artisti Şirzad Abutalıbov, quruluşçu rəssamı Rafael Qədimov, bəstəkarı isə Əli Məmmədovdur. Milli geyimlər, gözəl səhnə dekorasiyası, maraqlı rəqslər və diqqətçəkən ifalar tamaşaçıları  heyran edib.

Uşaqlar tamaşadan xoş ovqatla ayrılıblar. Foyedə isə balaca fidanları sürprizlər gözləyirdi. Teatrın aktyorları uşaqları əyləndirib, onlarla rəqs ediblər. Sonra Ləzzət Biskvit və Şokalad fabrikinin  istehsalı olan şirniyyatlar, sərin sular və  şirkətin digər  məhsulları balaca tamaşaçılara paylanılıb.

00072817
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
62
294
1118
13062
72817

Tarix: 29-06-2017
Biz, sosial şəbəkələrdə: