"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Növbəti "Nağıl günü" keçirilib

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının kollektivi uşaq bağçalarında keçirilən ənənəvi “Nağıl günləri”ni davam etdirirlər. Kitabxananın kollektivi iyunun 6-da Naxçıvan şəhərindəki 12 nömrəli uşaq bağçasında olmuş, uşaqlara “Göyçək Fatma” nağılını danışmışlar.

Sonra kitabxana əməkdaşları nağıl ətrafında uşaqlarla sual-cavab apararaq nağılın məzmun və mənasını onlara çatdıra bilmişlər. Həmçinin nağılda düzlüyün yalana, xeyirxahlığın pisliyə qalib gəldiyini göstərmişlər.

Sonra kitabxanaçılar  uşaqlara “Ağca və yeddi cırtdan” cizgi filmini nümayiş etdirmiş, “Uşaqların nağıl dünyası” başlıqlı kitab sərgisinə baxış keçirilmişdir.

Sonda bağça kollektivi kitabxana əməkdaşlarına öz təşəkkürlərini bidirmişlər.

00072817
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
62
294
1118
13062
72817

Tarix: 29-06-2017
Biz, sosial şəbəkələrdə: