"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Festivalın növbəti günündə Şahbuz Rayon Xalq Teatrı yeni tamaşa təqdim edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq iyunun 6-dan start verilən “Xalq teatrlarının muxtar respublika festivalı – 2017” davam edir.

İyunun 9-da C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Şahbuz Rayon Xalq Teatrı görkəmli yazıçı və dramaturq Süleyman Sani Axundovun “Şahsənəm və Gülpəri” adlı birpərdəli, üçşəkilli əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı teatrsevərlərə təqdim edib.

Qeyd edək ki, Şahbuz Rayon Xalq Teatrı 2011-ci ildə yaradılıb. Bu xalq teatrını fərqləndirən əsas cəhətlərdən biri onun daha çox musiqili komediyalara müraciət etməsidir. Kollektivin ötən dövr ərzində hazırladığı “Ər və arvad”, “Beş manatlıq gəlin”, “Evliykən subay”, “O olmasın, bu olsun” tamaşaları ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Festivalda tamaşaçılara təqdim edilən “Şahsənəm və Gülpəri” məzhəkəsi ilk Azərbaycan sovet komediyalarından biridir. S.S.Axundov 1921-ci ildə fəaliyyətə başlayan “Tənqid-təbliğ teatrı” “(Satir-Agit”) üçün 15-ə qədər pyes yazmışdır ki, “Şahsənəm və Gülpəri” əsəri də bu pyeslərdən biridir.

Rejissoru Ramiz Cəlilov, tərtibatçı rəssamı Səbahəddin Tarverdiyev, musiqi tərtibatçısı Emin Hüseynov olan “Şahsənəm və Gülpəri” tamaşası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, festivalın növbəti iştirakçı kollektivi Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrıdır. Kollektiv iyunun 14-də Rəşid bəy Əfəndiyevin “Saqqalın kəraməti” məzhəkəsini teatrsevərlərə təqdim edəcək. 

 

Festivalın növbəti günündə Şahbuz Rayon Xalq Teatrı

yeni tamaşa təqdim edib

00148098
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
181
338
3738
4805
148098

Tarix: 11-12-2017
Biz, sosial şəbəkələrdə: