"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

“Lira” musiqili-intellektual oyunu keçirilib

İyunun 9-da Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Lira” musiqili-intellektual oyununun final mərhələsi keçirilib.

Oyun başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Lira” musiqili-intellektual oyununun keçirilməsi muxtar respublikanın uşaq musiqi incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin yüksəldilməsinə, görkəmli bəstəkarların həyat və yaradıcılığının təbliğ edilməsinə xidmət edir. Qrafikə əsasən 2016-2017-ci tədris ili ərzində keçirilən oyunların nəticəsinə əsasən, I yer tutan komandalar final oyununda iştirak edirlər. Bu oyunların keçirilməsində məqsəd şagirdlərin biliyinin artırılmasına, onların intellektual səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

Qeyd edilib ki, bugünkü finalda 4 komanda iştirak edir. Sonra finalda yarışacaq “Rast” (Şərur rayon Çərçiboğan kənd Uşaq musiqi məktəbi), “Buta” (Culfa şəhər Uşaq musiqi məktəbi), “Simayi-Şəms” (Naxçıvan şəhər S.Rəcəbov adına 3 №li Uşaq musiqi məktəbi),“Nuh yurdu” (Kəngərli rayon Qıvraq qəsəbə Uşaq musiqi məktəbi) komandaları iştirakçılara təqdim edilib.

Oyunun şərtlərinə görə, ilk olaraq komandalar arasında seçim turunun keçirilməsi haqqında məlumat verilib. Bildirilib ki, oyun 5 nəfərdən ibarət olan 4 komanda arasında keçiriləcək və 3 mərhələdən ibarət olacaqdır. I mərhələdə görkəmli bəstəkarların həyat və yaradıcılığına dair suallar veriləcək. II mərhələdə şagirdlərə musiqi əsərlərini dinləmək yolu ilə təyinetmə formatında suallar veriləcək. III mərhələdə isə şagirdlərə ümumi musiqi dünyagörüşünə dair suallar veriləcək. Hər sualın düzgün cavabı 100 balla qiymətləndiriləcək. Sonda ən yüksək balı toplamış komandalar I, II, III yerlərin qalibi elan olunacaq. Sonuncu komanda diplomla mükafatlandırılacaqdır.

Maraqlı və gərgin keçən musiqili-intellektual oyunda musiqi məktəblərinin şagirdləri bəstəkarlarla bağlı sualları cavablandırmaqda fəallıq göstəriblər. Onlar görkəmli Azərbaycan və dünya bəstəkarları, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayevin və başqalarının əsərlərini dinləmə yolu ilə təyin ediblər, musiqinin ümumi-nəzəri məsələləri ilə bağlı sualları cavablandırıblar. 

Bütün suallar cavablandırıldıqdan sonra ən yüksək bal toplamış komandalar mükafatlandırılıblar. “Rast” komandası (Şərur rayon Çərçiboğan kənd Uşaq musiqi məktəbi) I, “Simayi-Şəms” komandası (Naxçıvan şəhər S.Rəcəbovadına 3 №li Uşaq musiqi məktəbi) II, “Buta” komandası (Culfa şəhər Uşaq musiqi məktəbi) III dərəcəli diploma layiq görülüb. Sonuncu “Nuh yurdu” komandası isə (Kəngərli rayon Qıvraq qəsəbə Uşaq musiqi məktəbi) diplomla mükafatlandırıldı.

00148098
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
181
338
3738
4805
148098

Tarix: 11-12-2017
Biz, sosial şəbəkələrdə: