"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

"Milli Qurtuluş Günü"nə həsr edilmiş konfrans keçirilib

İyunun 12-də M.S.Ordubadi adına M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "Milli Qurtuluş Günü"nə həsr edilmiş "Milli Qurtuluş Günü ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb" adlı konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Milli Qurtuluş Günü xalqımız üçün yeni bir başlanğıcdır" adlı məruzə ilə çıxış etmişdir. Kitabxanaçı Leyla Abdullayeva "15 iyun Azərbaycan xalqının Milli Qurtuluş günüdür", kitabxanaçı Aytən Quliyeva "Milli Qurtuluş Günü ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb" adlı mövzularla çıxış etmişdirlər.

Məruzə və çıxışlarda bildirilmişdir ki, ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçiləndə sosial-iqtisadi inkişafa görə keçmiş SSRİ-nin geridə qalan, ictimai-siyasi və sosial xaosun hökm sürdüyü respublikanı öz sələflərindən təhvil almışdı. Lakin ümummilli lider hakimiyyətinin elə ilk günlərindən Azərbaycanda mövcud olan problemlərin həlli üçün iradə ortaya qoyub və məhz öz uzaqgörənliyi, xalqa bağlılığı və dərin siyasi zəkası nəticəsində respublikamızı inkişafına görə keçmiş Sovetlər Birliyinin ilk üçlüyünə daxil olan ölkələr sırasına çıxarıb. İstər milli-mədəni, təhsil və elm, istərsə də ordu quruculuğu sahəsində milli kadrların yetişdirilməsi məsələsində Azərbaycan XX əsr tarixinin intibah dövrünü məhz 1969-1982-ci illərdə yaşayıb.

Bildirilmişdir ki, ermənilərin Azərbaycan torpaqlarına təcavüzünün 1988-ci ildən başlandığı növbəti mərhələdə Naxçıvan da düşmənin real işğal təhlükəsi ilə üz-üzə dayanmışdı. Ulu öndərin 1990-cı il iyulun 22-də Naxçıvana qayıdışı və muxtar respublika rəhbəri kimi 1991-1993-cü illərdə həyata keçirdiyi tədbirlər Naxçıvanı işğaldan xilas edib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilən tarixi qərarlarla ümummilli lider müstəqil Azərbaycan dövlətçiliyinin əsasını Naxçıvanda qoyub. Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın müstəqilliyinə və hərtərəfli inkişafına həsr edib. Ancaq bu müstəqilliyi qoruyub saxlamaq heç də asan olmadı. Bir tərəfdən daxili sabitliyin pozulması, digər tərəfdən ölkəmizə qarşı elan olunmamış müharibə Azərbaycanı məhvə doğru sürükləyirdi. Məhz belə bir dövrdə xalqın yeganə ümidi ümummilli liderin siyasi hakimiyyətə qayıtması idi. 1993-cü ilin 15 iyununda ulu öndərimizin hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaqdan qurtardı.

Sonra tədbir iştirakçıları elektron lövhədə ümummilli lider Heydər Əliyevə həsr olunmuş slayd və videofilmə  baxmışlar.

Tədbirin sonunda "15 İyun Milli Qurtuluş Günü" adlı sərgiyə baxış keçirilmişdir. 

00072789
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
34
294
1090
13034
72789

Tarix: 29-06-2017
Biz, sosial şəbəkələrdə: