"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının konserti olub

İyunun 12-də Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının konserti olmuşdur. Konsertin aparıcıları bildiriblər ki, ölkəmizdə uşaqların sağlam mühitdə böyümələri üçün hər cür şərait yaradılmışdır. Muxtar respublikamızdada uşaqların sağlam böyüməsi və təhsili diqqət mərkəzindədir.  Uşaqların asudə vaxtının səmərəli keçməsi üçün bir sıra infrastruktur sahələri  yaradılmış və onların istifadəsinə verilmişdir.

Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyası da belə mədəniyyət müəssisələrindən biridir. Filarmoniyada uşaqların yaradıcılıq potensialını göstərməsi üçün gözəl şərait yaradılmışdır. Filarmoniyada uşaqlardan ibarət musiqi kollektivlərinin fəaliyyət göstərməsi, onların istedadının aşkara çıxarılması üçün vacib tədbirlər həyata keçirilir. Bugünkü konsertdə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının istedadları öz bacarıqlarını göstərəcək və tamaşaçılara xoş ovqat bəxş edəcəklər.

Konsertdə ilk olaraq Kənan Feyzullayevin bədii rəhbəri olduğu Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının ifasında “Cahargah rəngi” səslənmişdir.

Filarmoniyanın solistləri Əli Mehralıyev, Səfər Cəfərov, Mikayıl Nəsirov, Aylin Əliyeva, Kənan Əkbərov, Fuad Məmiyev, Ələkbər Sadiqov Polad Bülbüloğlu, Tofiq Quliyev, Şəfiqə Axundova, Rauf Hacıyev və  başqalarının populyar mahnıları səsləndirmişlər.

Filarmoniyanın solistləri Ələkbər Sadiqov, Təyyar Mədətli, Kənan Əkbərov, Səfər Cəfərov, Əli Mehralıyevin ifa etdikləri xalq mahnıları alqışlarla qarşılanmışdır.

00148098
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
181
338
3738
4805
148098

Tarix: 11-12-2017
Biz, sosial şəbəkələrdə: