"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

"Cəmiyyətin intellektual səviyyəsinin inkişafında mütaliənin rolu" adlı konfrans

İyunun 16-da Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində Mütaliə həftəsinin keçirilməsi ilə əlaqədar "Cəmiyyətin intellektual səviyyəsinin inkişafında mütaliənin rolu" adlı konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kitabxanaçı Gülnisə Zeynallı "Mütaliənin gənclərin dünyagörüşünün formalaşmasında rolu", Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin baş məsləhətçisi İlahə Haqverdiyeva "Mütaliənin yeniyetmə və gənclərin həyatında rolu", kitabxanaçı Zeynab Sadıqova "Mütaliəyə maraq uşaq yaşlarından başlanmalı" adlı mövzularla çıxış etmişdirlər.

Çıxışlarda bildirilmişdir ki, qlobollaşan dünyada həlli vacib olan problemlərdən biri də insanlarda mütailə mədəniyyətinin daim inkişaf etdirilməsi ilə bağlıdır. Doğma dilin incilərinə məhəbbətdən doğan mütailə getdikcə dəyişikliyə məruz qalır. Mütailəyə məktəb illərində elə həvəs oyadılmalıdır ki, kitaba çörək kimi ehtiyac duyulsun, onun həyat yolu üçün mayak olsun. Erkən yaşlarından uşaqlarda kitaba həvəs və məhəbbət oyatmaq, ilk növbədə, onların sağlam ruhda böyüməsini, mədəni səviyyəsini, zəngin mənəvi aləmini təmin edir. Belə uşaqlar təhsili və davranış normaları, insanlara, milli-bəşəri dəyərlərə münasibəti, bir sözlə, intellektual səviyyəsi ilə fərqlənirlər. Kitab tarixən ciddi mənəvi-ideoloji, bədii, əxlaqi-tərbiyəvi məzmun kəsb edən qüdrətli vasitədir. Çox oxuyan, mütaliə edən insan çox bilir, geniş dünyagörüşünə malik olur, cəmiyyətdə özünün layiqli yerini tapır.Qeyd edilmişdir ki, biz kitab oxumaqla həyatda düzgün yol seçməyi, səhvə yol verməməyi də öyrənə bilirik. Ümumiyyətlə, insanın kitabı oxuyub faydalanması üçün birincisi, kitabın özü, ikincisi, onu oxuyan, üçüncüsü isə kitabla oxuyan arasında, belə demək mümkünsə, "körpü yaradan" olmalıdır. Bədii ədəbiyyatı internetdən oxumaq o qədər də effektli və səmərəli olmur. Çünki internet nisbətən dinamik bir vasitədir. Bu baxımdan internet qətiyyən kitaba ciddi rəqib ola bilməz.

Tədbirin sonunda "Müasir gənclik və mütaliə mədəniyyəti" adlı səyyari sərgiyə baxış keçirilmişdir. 

00072817
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
62
294
1118
13062
72817

Tarix: 29-06-2017
Biz, sosial şəbəkələrdə: