"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Kəngərli rayonunda konserti olmuşdur

İyunun 16-da Kəngərli Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının konserti olmuşdur. Konsertin aparıcısı bildirib ki, ölkəmizdə uşaqların sağlam mühitdə böyümələri üçün hər cür şərait yaradılmışdır. Muxtar respublikamızda da uşaqların sağlam böyüməsi və təhsili diqqət mərkəzindədir.  Uşaqların asudə vaxtının səmərəli keçməsi üçün bir sıra infrastruktur sahələri  yaradılmış və onların istifadəsinə verilmişdir.

Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyası da belə mədəniyyət müəssisələrindən biridir. Filarmoniyada uşaqların yaradıcılıq potensialını göstərməsi üçün gözəl şərait yaradılmışdır. Filarmoniyada uşaqlardan ibarət musiqi kollektivlərinin fəaliyyət göstərməsi, onların istedadının aşkara çıxarılması üçün vacib tədbirlər həyata keçirilir. Bugünkü konsertdə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının istedadları öz bacarıqlarını göstərərək və tamaşaçılara xoş ovqat bəxş ediblər.

Konsertdə ilk olaraq Kənan Feyzullayevin bədii rəhbəri olduğu Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının ifasında “Cahargah rəngi” səslənmişdir.

Filarmoniyanın solistləri Əli Mehralıyev, Səfər Cəfərov, Mikayıl Nəsirov, Aylin Əliyeva, Kənan Əkbərov, Fuad Məmiyev, Ələkbər Sadiqov Polad Bülbüloğlu, Tofiq Quliyev, Şəfiqə Axundova, Rauf Hacıyev və  başqalarının populyar mahnıları səsləndirmişlər.

Filarmoniyanın solistləri Ələkbər Sadiqov, Təyyar Mədətli, Kənan Əkbərov, Səfər Cəfərov, Əli Mehralıyevin ifa etdikləri xalq mahnıları alqışlarla qarşılanmışdır.

İstedadlı uşaqların konserti rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

00122950
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
332
502
2608
9151
122950

Tarix: 21-10-2017
Biz, sosial şəbəkələrdə: