"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

İstirahət konserti təşkil olunub

Muxtar respublikanın musiqi kollektivləri tərəfindən əhalinin istirahətinin mənalı təşkili, asudə vaxtın mənalı keçirilməsi məqsədilə konsertlər davam etdirilir.

İyunun 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs  Ansamblının  konserti təşkil olunub. Şəhərimizin sakinləri və qonaqların istirahətinin səmərəli keçməsi məqsədilə rəngarəng konsert proqramı təqdim olunub.

Mahnı və Rəqs Ansamblının solistləri Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Hünər Əliyev, Xatirə Səfərova, müğənnilərdən Samiddin Vəliyev, Hüseyn Qasımov, Nərmin Hüseynova, Cəfər Tağıyev, Qəribə Həsənova, İsrafil Qibləliyevin ifalarında Azərbaycan xalq mahnıları, bəstəkarlardan R.Mirişli, Ə.Tağıyev, V.Camalzadə, E.Sabitoğlu və başqalarının lirik, Vətən, torpaq haqqında mahnıları alqışlarla qarşılanıb.

Ansamblın ifasında lirik və şən mahnılardan sonra meydan rəqs qrupuna verilib.  Rəqs qrupunun ifa etdiyi “Xançobanı”, “Uzundərə”, “Naz eləmə” xalq rəqsləri və başqa müasir rəqslər tamaşaçılarda şən əhval-ruhiyyə yaradıb.

İsti yay günlərində Naxçıvan şəhərində istirahət günlərində konsertlərin təşkili davam etdiriləcəkdir.

00095799
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
47
430
2784
8858
95799

Tarix: 20-08-2017
Biz, sosial şəbəkələrdə: