"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Bəstəkar Tofiq Quliyevin əsərlərindən ibarət muxtar respublika müsabiqəsinin yekun konserti olmuşdur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 7 fevral 2017-ci il tarixdə Sərəncam imzalamışdır.

Görkəmli bəstəkarın yubileyi ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2-6 iyun tarixlərində Tofiq Quliyevin əsərlərindən ibarət muxtar respublika müsabiqəsi keçirilmişdir. Dünən Naxçıvan Musiqi Kollecində müsabiqənin başa çatması ilə əlaqədar yekun konsert olmuşdur. Yekun konsertindən əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Leyla Əlimərdanova çıxış edərək bildirib ki, müsabiqədə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ilə yanaşı, Naxçıvan Musiqi Kollecinin tələbələri də iştirak etmişlər. Müsabiqə 3 yaş qrupunun əhatə etməklə fortepiano, xalq çalğı alətləri (tar, kamança, qarmon, qanun, balaban), simli və nəfəsalətləri (skripka, truba, klarnet, violençel), vokal ixtisasları üzrə keçirilmişdir. Müsabiqədə fortepiano üzrə 58, xalq çalğı alətləri üzrə 62, simli və nəfəs alətləri üzrə 23, vokal üzrə 13 iştirakçı öz istedad və bacarığını göstərmişdir. Müsabiqənin keçirilməsi məqsədilə təşkilat komitəsi və tanınmış musiqiçi-müəllimlərdən ibarət münsiflər heyəti yaradılmışdır. Qeyd edilmişdir ki, 6 iştirakçısı I, 14 nəfər iştirakçısı II, 19 iştirakçısı isə III dərəcəli diplom olmaqla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qiymətləndirilmişlər. Bundan başqa Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iştirakçılar 19 diploma və 24 fəxri fərmana layiq görülmüşlər. Müsabiqənin əsas məqsədlərindən biri də görkəmli bəstəkarın irsinin öyrənilməsi və təbliğ edilməsi, istedadlı gənc və yeniyetmələrin, uşaqların aşkara çıxarılması olmuşdur.

Sonra müsabiqənin qaliblərinə diplom və fəxri fərmanlar təqdim edilmişdir.

Tədbirin bədii hissəsində görkəmli bəstəkarın əsərləri səslənmişdir. Naxçıvan Musiqi Kollecinin tələbələrinin, muxtar respublikanın Sədərək, Şahbuz, Naxçıvan, Culfa uşaq musiqi məktəblərinin şagirdlərinin ifasında görkəmli sənətkarın “Axşam mahnısı”, “Neftçi mahnısı”, “Arzular”, “Qaytağı”, “Vals”, “Rəqs” və başqa rəngarəng musiqi əsərləri səslənmiş və tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

00085187
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
824
2333
11585
85187

Tarix: 28-07-2017
Biz, sosial şəbəkələrdə: