"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Saat qülləsi meydanında konsert olub

Muxtar respublikanın mədəniyyət müəssisələri tərəfindən isti yay günlərində əhalinin asudə vaxtının mənalı və səmərəli təşkili üçün müxtəlif tədbirlər həyata keçirilir.

İyulun 1-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Saat qülləsi Meydanında konsert olub.

Konsertin aparıcısı bildirib ki, hər il olduğu kimi, bu il də şəhərimizin istirahət guşələrində musiqi kollektivləri tərəfindən əhaliyə rəngarəng konsert proqramları təqdim edilir.

Konsertdə Naxçıvan Musiqi Kollecinin Xalq Çalğı Alətləri Şöbəsinin “Qədim musiqi alətləri” ansamblı çıxış edib.

Naxçıvan Musiqi Kollecinin Xalq Çalğı Alətləri Şöbəsinin “Qədim musiqi alətləri” ansamblının solistləri Samir İsmayılov, Əbülfəz Məmmədov, Əfsanə Babayevanın ifasında Azərbaycan xalq mahnıları, bəstəkarlarımızın lirik və şən mahnıları səsləndirilib. Azərbaycan xalq mahnıları “Sevgilim”, “Aşiqəm”, “Əsmərim”, “Dili-dili”, “Uca dağlar”, “Gilənar”, “Naxçıvanda bir quyu var”, “Daşlı qala”, muğamlar və təsniflər alqışlarla qarşılanıb. Konsertdə kollecin xoreoqrafiya ixtisası üzrə təhsil alan tələbələrinin ifa etdikləri Azərbaycan xalq rəqsləri tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. 

00138301
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
414
351
3951
10378
138301

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: