"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Culfa rayonunun Ərəfsə kəndində xalq yaradıcılığı günü keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 7 fevral 2009-cu il tarixli Sərəncamına əsasən, qədim diyarımızda milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər unudulmaqda olan milli dəyərlərin yaşadılmasına xidmət edir.
 
İyulun 6-da Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi Sərəncamın icrasına uyğun olaraq rayonun Ərəfsə kəndində xalq yaradıcılığı günü keçirmişlər.
 
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov, Naxçıvan Muxtar Respublikası Mədəniyyət  və Turizm Nazirliyi Mədəniyyət üzrə Elmi Metodiki Mərkəzin direktoru Səyyar Məmmədov çıxış edərək xalq yaradıcılığı günlərinin ənənə halını almasının əhəmiyyətindən danışıblar.
 
Vurgulanıb ki, xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin lazımınca öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, geniş şəkildə təbliğ olunması mühüm əhəmiyyət kəsb edir.
Sonra Culfa şəhər, Gülüstan, Milax, Qazançı, Saltaq, Kırna, Camaldın, Ərəzin, Dizə, Əbrəqunus, Bənəniyar, Xanəgah, Ərəfsə kənd mədəniyyət evlərinin folklor ansambllarının ifasında qədim xalq rəqsləri, xalq oyun və tamaşaları təqdim edilib. Mirasımız olan milli musiqi alətlərimiz balaban, zurna, tütək, nağara ifalarında musiqi nömrələri səsləndirilib.
00108449
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
36
442
877
7081
108449

Tarix: 20-09-2017
Biz, sosial şəbəkələrdə: